Dünən səhər saatlarında Nizami rayonu, Qara Qarayev prospektində 23 yaşlı Elnur Nəsirovun 19 yaşlı əmisi oğlu Elşəni öldürməsində qısqanclıq əsas göstərilirdi.
Polis tərəfindən tutulan Elnur Nəsirov əmisi oğlunu bacısına görə öldürdüyünü deyib.
Criminal.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakültəsinin II kurs tələbəsi olan Elnur ilkin ifadəsində bildirib ki, əmisi oğlu onun bacısını sevirdi. Bir müddət onunla münasibəti olub, lakin sonradan bacısına qarşı vəfasızlıq edib. Elşən bir müddət əvvəl başqa bir xanımla ailə həyatı qurub. Onun hərəkəti isə Elnurun qəzəbinə səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?