Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən Avropa.info-ya verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?