Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanada saxlanılan 1974-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən Ruslan Alim oğlu Quliyevə əmisi oğlu Məhəmməd Mətləb oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman “Ramis” yuyucu tozunun içərisində gizlədilmiş 50 (əlli) ədəd “Travmal” kapsullarının içərisinə qablaşdırılmış ümumi çəkisi 13.045 qram və “Wash&Go” şampununun içərisində qızılı siqaret kağızına bükülməklə orada gizlədilmiş 1.301 qram olmaqla ümumilikdə 14.346 qram narkotik vasitə olan “Heroin” aşkar edilərək götürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?