Bakı Metropoliteninin "28 May" stansiyasında sərxoş sərnişinlə polis əməkdaşı arasında insident baş verib.
"Report"un xəbərinə görə, Bakı sakini 1982-ci il təvəllüdlü İnqilab Bədəlov sərxoş halda metroda gediş qaydalarını pozub və xidmətdə olan polis serjantı, 1984-cü il təvəllüdlü Elçin Xalıqovun qanuni tələblərinə məhəl qoymayıb. Sərxoş sərnişin polis əməkdaşını söyüşlərlə təhqir edib. Bundan sonra İ.Bədəlov E.Xalıqovun sifətinə yumruqla vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?