Bakının Suraxanı rayonunda sərxoş vətəndaş polisə müqavimət göstərib.
Dekabrın 19-da axşam saatlarında Suraxanı qəsəbəsi Fərman Kərimzadə küçəsində İltifat Hacıyevlə qonşusu Rəşad Heybətov arasında dava dalaş olub. Sərxoş vəziyyətdə olan R.Heybətov qonşusunun həyat və sağlamlığına təhlükəli ola biləcək hərəkətlər edib və onu vurub. Hadisə yerinə polis çağırılıb.
Qeyd edilən əraziyə gələn sahə müvəkkili, polis mayoru Sarvan Mehdiyev və 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərov da hücuma məruz qalıb. R.Heybətov polisin qanuni tələbinə məhəl qoymayıb və tabesizlik göstərib. O, hər iki polis zabitinə hücum çəkərək onları vurub.
Sərxoş vəziyyətdə olan R.Heybətov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.(lent.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?