Dünya liderləri 132 nəfərin həyatına son qoyan Paris olayından sonra özünü «İslam Dövləti» adlandıran yaraqlılar ilə mübarizədə qətiyyət göstərmək qərarına gəliblər.
Gözlənilir ki, Antalyada keçirilən ikigünlük sammitin sonunda - noyabrın 16-da G20 liderləri terrorizmlə mübarizədə müştərək bəyanatla çıxış edəcəklər
Türkiyə prezidenti Recep Tayyip Erdoğan terrorla mübarizədə «ciddi mesaj» olacağını anons edib.
Fransanın xarici işlər naziri Laurent Fabius isə bildirib ki, əsas vəzifələri terrorçuları maliyyələşdirən şəbəkəni məhv etməkdir.
Paris olayını «sivil dünyaya hücum» adlandıran prezident Barack Obama deyib ki, Birləşmiş Ştatlar terrorda əli olanları araşdırmaqda Fransa ilə birlikdə çalışacaq.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, bütün beynəlxalq cəmiyyət öz gücünü səfərbər etsə, terror təhlükəsinin qarşısını tamamilə almaq mümkün olar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?