Türkiyənin Antalya şəhərində "Böyük 20-lik" ölkələri liderlərinin sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın prezidenti İlham Əliyev çıxış edib.
Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.
Sonra Azərbaycan prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanıdadır.
Daha sonra prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkədə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb (AZƏRTAC).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?