GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mübariz İbrahimovun fotosu telefon üzlüyündə: Çində təbliğat, yoxsa ticarət? – MÜNASİBƏT/FOTO

Mübariz İbrahimovun fotosu telefon üzlüyündə: Çində təbliğat, yoxsa ticarət? – MÜNASİBƏT/FOTO

Tarix: 16-11-2015, 15:44 Bölmə :Ölkə Baxış: 0
Mübariz İbrahimovun fotosu telefon üzlüyündə: Çində təbliğat, yoxsa ticarət? – MÜNASİBƏT/FOTO

Çində üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkilləri olan telefon aksessuarları satışa çıxarılıb. Bu barədə məlumatı Publika.az-a həmin ölkədə yaşayan soydaşımız İlham Əlisoy bildirib. O qeyd edib ki, telefon üzlüklərinin üzərində Milli Qəhrəmanımızın hərbçi formasında çəkdirdiyi şəkli yerləşdirilib.

Aksessuarlar Çinin bir sıra iri ticarət mərkəzlərində satılır. Həmin ölkədə yaşayan soydaşlarımız aksessuarları eyni zamanda respublikamıza da ixrac etməyə başlayıblar.

Telefon üzlükləri 27 Çin yuanına satılır. Maraqlıdır ki, bu üzlükləri alanlar arasında Çin, sifarişçilər arasında isə Azərbaycan vətəndaşları var.
Görünən budur ki, Milli Qəhrəmanın fotosunun aksessuarlara yapışdırılmasında məsələnin mənəvi tərəfi ilə yanaşı, maddi maraq da var. Kimlərsə Mübariz İbrahimovun fotolarından yararlanaraq sifariş etdikləri maldan pul qazanmaq istəyirlər. Maraqlıdır, bununla bağlı sifarişçilərlə İbrahimovlar ailəsi arasında razılaşma olubmu? Məsələyə ailə üzvlərinin münasibəti necədir?

Mübariz İbrahimovun atası Agakərim İbrahimov bildirdi ki, bununla bağlı ona və ailənin digər üzvlərinə heç bir müraciət edilməyib. Onun oğlunun şəklinin telefon aksessuarlarına yapışdırılması ilə bağlı ailə üzvlərindən razılıq alınmayıb.
Lakin bununla belə, atası Mübarizin fotosunun telefon aksessuarlarının üzərində əks olunmasındaqəbahət görmür. Bu səbəbdən də narazılığı yoxdur.

Milli Məclisin deputatı Zahid Orucun isə narazılığı var. O bildirir ki, belə halların - tanınmış şəxslərin, tarixi şəxsiyyətlərin adından, fotolarından istifadə hallarının qarşısını almaq çətindir: “Hətta elm, mədəniyyət, incəsənət sahəsinə aid şəxslərin özləri ilə yanaşı, onların əqli mülkiyyət hüququna aid olan materiallardan, məhsullardan istifadə edilir. Ayrı-ayrı sənət adamlarının şəkillərindən brend yerinə yararlanırlar. Bəziləri cəmiyyətdə populyar olan bu şəxslərin nüfuzundan yararlanmağa çalışırlar”.

O ki qaldı Milli Qəhrəmanımızın fotolarından istifadə edənlərin cəzalandırılıb-cəzalandırılmamasına, milli məclisin üzvü deyir ki, bu, yerli və beynəlxalq qanunvericiliyə əsasən müxtəlif cərimələr formasında həyata keçirilə bilər: “Amma belə halların qarşısını birdəfəlik kəsmək qeyri-mümkündür. Hər bir ölkədə, o cümlədən respublikamızda bundan maksimum istifadə edirlər. Bu, dünyəvi prosesdir. Mübariz İbrahimov yalnız ölkəmizdə deyil, dünya azərbaycanlıları arasında da öz qəhrəmanlığı ilə məşhurdur. Hər kəs bu cür qəhrəmanlığı öyür, onu təbliğ edir. Bu mənəviyyat hadisəsi kimlər üçünsə ticari kampaniyanın bir elementidir. Əgər bu hadisə ölkə daxilində baş versəydi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hüquqi addım atıla bilərdi. Lakin dünya çapında belə bir addım atmaq mümkün olsa da, onun qarşısını almaq çətindir. Mənə elə gəlir ki, onun ailə üzvləri bununla bağlı konkret iddiada bulunaraq cavabdehlik daşıyan şirkətdən hər hansı ödəmələr əldə edə bilərlər. Bundan başqa cəza mexanizmlərini formalaşdırmaq qeyri-mümkündür. Mübariz İbrahimovun fotosunun Çində aksessuarlarda simvol kimi istifadə olunması onun böyüklüyünü əngəlləmir. Amma məsələnin başqa tərəfi də var – ailənin hüququ. Onların adından vəkil təyin edilə, məhkəmədə iddia qaldırıla bilər”.

Z.Oruc qeyd etdi ki, beynəlxalq təcrübədə belə hallara dəfələrlə rast gəlinib: “Ayrı-ayrı şəxslərin sənət əsərləri, fotoları, adları simvol kimi istifadə edilir. Silvestr Stallone Rembo adı ilə dünya çapında bir şəxsə çevrildi. O, bir çox ölkələrdə qəhrəmanlıq simvoludur. ABŞ belə real-mifik obrazın qarşısını kəsə bilərmi? Əlbəttə xeyr”.
Deputatın sözlərinə görə, biz də bunu belə qarşılamalıyıq: “Qoy Azərbaycanın Milli Qəhrəmanı dünya çapında belə yayımlansın. Zənnimcə, prosesin yayılmasının qarşısını kəsmək lazım deyil. Biz mütləq şəkildə bunun mənfi tərəfini qabartmalı deyilik. Nəzərə almalıyıq ki, bu şəxs bir ailənin miqyasından çıxıb. Mübariz və onun kimi digər şəxsiyyətlər öz miqyaslarına görə daha geniş miqyasda tanınırlar. Ticari məsələlərdəki belə hal Milli Qəhrəmanımızın böyüklüyünə xələl gətirmir. Xüsusən Mübariz ermənilər üçün fərqli məna kəsb edir”.

Milli Məclisin deputatı Fazil Mustafa da həmkarı ilə eyni mövqeni bölüşür: “Əgər belə bir hal varsa, buna müsbət yanaşmaq lazımdır. Hər kəs qəhrəmanlarımızın tanıdılması istiqamətində iş görməlidir. Milli Qəhrəman Mübariz İbrahimov da buna layiq insanlardandır. Qəhrəmanımızın iqtisadi, ticari yolla tanıdılmasına ayrı-ayrı azərbaycanlıların müəyyən vətənpərvərlik duyğusu ilə məsələyə yanaşması da həlledici rol oynayır”.

Deputat hesab edir ki, bu məsələ ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın əməyi ilə həyata keçibsə, buna müsbət yanaşmaq lazımdır: “Lap ortada kommersiya marağı olsun. Tutaq ki, qəhrəmanın fotosu olan aksessuar pulla satılır. Əcnəbilər kənardan baxıb görürlər ki, bu, Azərbaycan xalqının qəhrəmanıdır. Onlar, ən azından, “bu şəxs nə uğrunda döyüşüb” sualını verəcəklər. Həmin nöqteyi-nəzərdən bunun heç bir zərəri yoxdur, əksinə, faydası var.

O ki qaldı Mübariz İbrahimovun ailəsindən bununla bağlı icazənin alınmasına, Mübariz təkcə ailəsinin qəhrəmanı deyil. Qəhrəman xalqa məxsusdur. Bundan ötrü onun ailəsindən icazə almağa nə ehtiyac var ki? Bu, hər hansı sahəyə aid əsər deyil ki, ondan istifadə etdikdə kimdənsə icazə, razılıq alasan. Mübariz İbrahimov Azərbaycan xalqının qəhrəmanıdır və hər hansı azərbaycanlı ölkəmizdən kənarda onun təbliği üçün nəsə edə bilər”.

Anar Tağıyev

Mübariz İbrahimovun fotosu telefon üzlüyündə: Çində təbliğat, yoxsa ticarət? – MÜNASİBƏT/FOTO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mübariz İbrahimovun şəhid olmasından 4 il ötür

    Mübariz İbrahimovun şəhid olmasından 4 il ötür ...

    19-06-2014, 10:24

  • 
  • Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”

    Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı ...

    4-10-2020, 23:17

  • 
  • Mübariz İbrahimovun şəhadətindən 7 il ötür

    Mübariz İbrahimovun şəhadətindən 7 il ötür ...

    18-06-2017, 13:54

  • 
  • Mübariz İbrahimovun şəhid olduğu gündür

    Mübariz İbrahimovun şəhid olduğu gündür ...

    18-06-2019, 13:18

  • 
  • Pepsi telefon çıxartdı

    Pepsi telefon çıxartdı ...

    21-11-2015, 17:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu