Türkiyədə PKK və İŞİD-ə qarşı başladılan əməliyyatlar davam edir. Bizimyol.info xəbər verir ki, dünən Muşun Malazgird qarnizonunun jandarma komandiri Arslan Kulaksız PKK terrorçuları tərəfindən öldürülüb. Həyat yoldaşı və qızı ilə evə gedən Arslan, hücuma məruz qalıb. PKK terrorçuları onun avtomobilini atəşə tutublar. Ağır yaralanan Arslan xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən dərhal sonra bölgədə əməliyyat başladılıb. Türkiyə Müdafiə Nazirliyi məsələ ilə bağlı sərt açıqlama verib. Prezident R.T.Ərdoğan isə şəhidin həyat yoldaşına zəng edərək ona başsağlığı verib.
Qeyd edək ki, son günlərdə Türkiyə "F-16" lar şimali İraqda bir çox PKK hədəflərini vurub. Verilən məlumatlara görə, Andok, Sinat, Cilo, Hogir, Rezzan, Dicle, Zeynel, Havin və Reber kod adlı qruplar məhv edilib. Ölkənin daxilində isə 4 gün ərzində 1200 nəfər həbs edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?