GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR

«Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR

Tarix: 17-11-2015, 16:11 Bölmə :Ölkə Baxış: 0
«Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR

Kişini öldürüb sonra meyitini parçalayan sevgililərin törətdiyi cinayətin təfərrüatı «Bizim Yol»da Elçin Mahmudov: «Qardaşıma 3 güllə vurub, sonra onu birlikdə hamamda doğrayıblar»
Vəkil İkram Abdullayev: «Cinayət iştirakçılarının dairəsi müəyyənləşdirilməyib»

Məmmədov Sədi Bəhram oğlu ilə Mahmudova Lalə Yaşar qızı əlbir olaraq 26 sentyabr 2015-ci ildə, saat 3-4 radələrində Yasamal rayonu, İzmir küçəsi 5, mənzil 55-də sonuncunun əri Mahmudov Kamran Zaid oğlunu yatmış vəziyyətdə gülləyərək öldürüb. Daha sonra S.Məmmədov onun meyitini hamam otağında doğrayıb hissələrə bölərək, torbalara yığaraq özünün "BMW" markalı, Az 10 KA 009 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığaraq İsmayıllı rayonu, Talıstan kəndinə aparıb qardaşı Əli Məmmədovun bağ sahəsində basdırıb.

Faktla bağlı 30 sentyabr 2015-ci ildə Yasamal rayonu Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Zərər çəkmiş şəxs Kamran Mahmudovun qardaşı Elçin Mahmudov və onun hüquqi nümayəndəsi, vəkil İkram Abdullayev "Bizim Yol"a müsahibə verib olayın təfərrüatını açıqlayıblar.


- Elçin bəy, qardaşınızın öldürülməsinə səbəb nədir?

- Qardaşım 26 sentyabr 2015-ci ildə, gecə saat 01.20-də evinə gəlib. On dəqiqədən sonra isə Lalənin sevgilisi Sədi binanın qarşısında olub. Çox güman ki, Lalə ərinə və övladlarına yuxu dərmanı verib yatızdırıb. Onlar yatandan sonra Sədi evə dəvət olunub. Məncə, qardaşımın ölümünə əsas səbəb puldur. Belə ki hadisədən öncə evdən 12000 dollar itib. Bundan sonra ailədə davamlı münaqişə başlayıb. Mən qardaşımla oğurluq faktını müzakirə etdim. O, mənə dedi ki, ev qapısının açarının sürətini çıxartmaq mümkün deyil. Məndən "necə ola bilər ki, zinət əşyalarını götürmədilər, amma pulu götürdülər" deyə soruşdu. Lalə Sədinin evə daxil olaraq pulu götürməsinə şərait yaradıb. Sədi ilə Laləni tanış edən, onların öz evində görüşməsinə şərait yaradan Lalənin anası Tacirə Yusifova olub. Qardaşım həyat yoldaşının anasıgildə olduğunu bildiyi üçün Lalənin hərəkətlərindən, onun Sədi ilə münasibətindən xəbərsiz imiş. Axı necə şübhələnsin. Kim inanar ki, ana qızını başqa kişi ilə evində görüşdürə bilər.

Lalənin atası ilə qardaşı vəfat edib, onların cənazəsini yerdən Kamran götürüb, yas mərasimlərini təşkil edib. Laləgilin Kamrandan başqa heç kimi olmayıb. Bu da qardaşımın yaxşılığı. Sədi sahibkarlıq fəaliyyəti ilə məşğul idi, mağazası vardı.

- Oğurluqla bağlı polisə müraciət olunmuşdu?

- Oğurluq faktı iyun ayında olub. Amma polisə müraciət olunmayıb. Mağazadan da pul oğurlanmışdı. Lalə oğurluqdan xəbərsiz olduğunu deyirdi. Lalənin anası isə bunu "şeytan işi" adlandırırdı. Şeytan evdən pulu götürür, amma Laləyə məxsus zinət əşyasını götürmür?

- Qardaşınız Sədini tanıyırdı?

- Onun varlığından qardaşım xəbərsiz olub. Bəlkə də tanısaydı şübhələri olardı. Ola bilər ki, Lalə pulu götürüb Sədiyə verib. Tamahkardılar. Qardaşım Lalədən şübhələnib və çox güman ki, ona boşanacağını deyib. Onlar da var-dövlətin və evin Laləyə qalması üçün öldürmək yolunu seçiblər. Lalə ilə Sədi istintaqa qardaşımı öldürdüklərini etiraf ediblər. İstintaq hərəkətləri davam etdirilir.

- Sədi nə işlə məşğul olub?

- Sədi Moskva Univermağında qızıl alqı-satqısı ilə məşğul olub. Lalənin anası Tacirənin də Mərkəzi Univermağın yanında balaca obyekti var. Həmin obyekti Sədiyə icarəyə verib. Sədi burada da zərgərlik fəaliyyəti ilə məşğul olub. Tacirə Yusifova müəllimə olub, hazırda təqaüddədir. Lalə isə Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı işləyirdi. Bax, peşəsinə görə də şübhə yaranır ki, Lalə ərinə yuxu dərmanı içizdirib, yatandan sonra Sədini evə çağırıb. Qardaşım ayıq yatan adam idi, ona yuxu dərmanı verilməsəydi, Sədinin evə daxil olmasını hiss edərdi. Onların qapısı səs-küylə açılır. Yəqin uşaqlara da yuxu dərmanı verilib. Qardaşıma 3 güllə vurulub. Sonra onu birlikdə hamamda doğrayıblar.

- İkram müəllim, istintaqın gedişindən razısınız?

- Müəyyən narazılığımız var. Biz hesab edirik ki, istintaq ləng gedir. Eyni zamanda, bu işdə əli olanların dairəsi tam müəyyənləşməyib. Məsələn, Sədinin cəsədi basdırdığı bağ qardaşının istifadəsində olan sahədir. Biz düşünürük ki, qardaşı Sədinin bağa gəlməsini, lapatka axtarmasını, yer qazmasını və cəsədi basdırmasını görüb. Yəni Sədinin qardaşı cinayəti bilib gizlədib. İstintaq onun əməlinə hələ hüquqi qiymət verməyib. Onu dindirib buraxıblar. Sentyabr ayı ağac əkilən vaxt deyil. Həm də ağac əkməyə gəlibsə, maşında ağac görünməlidi.

Lalənin anasının da əməlinə hüquqi qiymət verməyib. Hesab edirəm ki, Tacirə Yusifova ana kimi bu məsələnin qarşısını almalı idi, onların görüşünə mane olmalı idi.

Maraqlı hallardan biri budur ki, odlu silahın səsinə qonşular oyanmayıb, evdəki övladları durmayıb. Ola bilsin ki, mərhum birinci atəşə ayılıb, ölməyib deyə daha iki güllə də vurublar. Çox güman ki, odlu silahda səsboğucudan istifadə olunub. Bax, bu maraqlı hallar bizə məlum deyil. Bunları ancaq güman edirik. Hesab edirik ki, istintaq ləng gedir. Aparılsaydı, indiyə kimi çox məlumatı əldə etmək olardı.

Bu bənzəri olmayan cinayətdir. Görün, arvadın ərinə nə qədər nifrəti olub ki, onu öldürməklə kifayətlənməyib, doğrayıb. İstintaq bu halı açıb ortaya qoymalıdır.

Sədi də ailəlidir. Axı onu nə vadar edib ki, ağır cinayətə əl atıb? Niyə bu boyda qaniçənlik ediblər? Bax, bunları istintaq müəyyənləşdirməlidir.

- Elçin bəy, Lalə 15 ildir ki, qardaşınızla ailəlidir, onun psixoloji durumu necə olub?

- Lalədən aqressiya gözləmirdik və bu onda görünmürdü də. Psixoloji durumu normal olub. Onu cinayətə sürükləyən tamahkarlığı olub. Bilərəkdən qardaşımı öldürüb. Bu cinayət işi planlaşdırılıb. Bir gün öncədən evə sellofan gətirilib, gizlədilib. Qardaşım ağır çəkili olub. Onu doğramaq çətin məsələdir, onun 120 kilo çəkisi var idi. Boyu 1.75 metr olub. Qardaşım nəylə doğranıb, o bizə hələ də məlum deyil. Bunu istintaq müəyyənləşdirməlidir.

- Siz nə vaxt xəbər tutdunuz ki, qardaşınız itib?

- Elə öldürüldüyü gün. Kamranın mağazasının işçiləri mənə zəng edərək qardaşımın telefonuna zəng çatmadığını dedilər. Mən də onlara "narahat olmayın, bir müddətdən sonra cavab verər" dedim. Bir müddətdən sonra özüm də Kamrana zəng etdim. Telefonuna zəng çatmadı. Ölümündən bir gün sonra, yəni sentyabrın 27-də evinə getdim. Lalədən qardaşımın harda olduğunu soruşdum. Onun mənə cavabı belə oldu: "Bilmirəm hara gedib. Mən saat 09.00-da işə getdim, o evdə idi, mən evə gələndə o yox idi. Gedəndə də pul qoymayıb gedib". Bu qadının düşündüyü ancaq puldur. Mən qardaşımla telefonla sonuncu dəfə ölümündən bir gün öncə danışmışam.

Lalə qardaşımın hesabına anası ilə birlikdə müxtəlif istirahət mərkəzlərində olublar. Əlimdə bunu sübut edəcək foto faktlar var. Qardaşımın qazancı sayəsində ana-bala il boyu istirahət edirdilər. Mən qardaşıma deyirdim ki, bir dəfə arvadına yox de. Onun bu tələbimə cavabı "övladlarımı gəzməyə aparır" olurdu.

- İkram müəllim, cinayətin üstü neçə açılıb?

- Elçin Lalədən qardaşını soruşur. O yerini bilmədiyini dediyi üçün Elçin Kamranı axtarmağa başlayır. Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edir. Polis Kamranı itkin düşmüş kimi qeyd edir. Lalə polisə izahat verir ki, guya Kamran şalvarının balağını qısaldıb, vəhhabi olub və Suriyaya gedəcəyini deyirmiş. Bu izahatla Lalə polisi aldatmaq, izi azdırmaq istəyib.

Elçin qardaşının yaşadığı binanın yaxınlığında yerləşən "İzmir Plaza" binasına müraciət edir. Ona görə ki, bu restoranın müşahidə kameraları bu binanın dəhlizinə tərəfdir. Restorandan razılıq alıb, videogörüntünün yaddaşını diskə köçürdür. Elçin bir gün evdə oturub bu görüntüləri izləyib. Görüntülərdən məlum olub ki, qardaşı 26 sentyabr 2015-ci ildə, saat 01.00 radələrində avtomobili ilə binanın həyətinə daxil olub, evinə gedir. Bundan bir az sonra Sədi öz maşını ilə həmin binanın qarşısına gəlir. Və saat 03.00 radələrində Sədi də Kamranın evinə gedir. Sədi əlində çanta ilə evə gedir. Yəqin edirik ki, çantada odlu silah və kəsici alətlər olub.

Bu videogörüntünü Elçin polisə təqdim edir. Bundan sonra Lalə yenidən polisə dəvət edilir. Ona görüntülər göstərildikdən sonra, Lalə etdiyi cinayət əməlini etiraf edib.

- İkram müəllim, istintaqın gedişindən narazısınız. Baş Prokurorluğa müraciət etmisiniz?

- Bəli, müraciət olunub. Məktubun çatması ilə bağlı bizə bildiriş gəlib. Baş Prokurorluqdan tələbimiz odur ki, cinayətdə əli olan dairə müəyyənləşdirilsin. Sədinin qardaşı Əli və Lalənin anası Tacirə Yusifovanın bu cinayətdə nə dərəcədə rolunun olub-olmaması müəyyən edilsin.

Qəsdən adam öldürülüb. Evdəki 20 min manat yoxdur. Cəsəd doğranıb. Burada xüsusi amansızlıq var. Bəlkə də o doğrananda ölməyibmiş. Burada köməksiz vəziyyətdə olan şəxsin öldürülməsi faktı da var. Çünki o yuxulu vəziyyətdə öldürülüb.

- Elçin bəy, Kamranın övladlarının səhhəti necədir, indi onlar hardadır, onların taleyi necə olacaq?

- Kamranın övladları 11 və 14 yaşındadır. Oğlandırlar. Uşaqlarının səhhəti yaxşıdır. Böyük oğlunda özünəqapanma halı var. Bu hal onda hadisədən öncədən var. Amma dərsini yaxşı oxuyur. Bu uşaqları mənim anam saxlayıb, böyüdüb. Ölənə qədər nəvələrini saxlayıblar. Anamgillə qardaşımgil eyni binada yaşayıblar. Amma hazırda uşaqlar Lalənin anasıgildədir.

Uşaqlar kimin qəyyumluğuna, himayədarlığına verilməlidir, bu hələ müəyyənləşməyib. Bu məsələ ilə istintaq hərəkətləri bitəndən sonra və cinayətdə əli olan şəxslərin dairəsi müəyyənləşdirilib cəzalandırılandan sonra məşğul olacağıq.

Ramid İBRAHİMOV

«Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR
«Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR
«Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Öz evində qızını başqa kişi ilə görüşdürən ananın qan donduran cinayəti - FOTOLAR

    Öz evində qızını başqa kişi ilə görüşdürən ananın ...

    12-05-2017, 21:40

  • 
  • Qətlin üstü açıldı

    Qətlin üstü açıldı ...

    5-10-2015, 18:37

  • 
  • Ərini öldürüb meşədə basdıran qadın tibb bacısı imiş - VİDEO

    Ərini öldürüb meşədə basdıran qadın tibb bacısı ...

    1-10-2015, 23:18

  • 
  • Bakıda qadın evində gənc sevgilisinin asılmış meyitini tapdı (YENİLƏNİB)

    Bakıda qadın evində gənc sevgilisinin asılmış ...

    29-05-2013, 17:29

  • 
  • “Yataqdan qalxanda iki dəfə atəş açdım”

    “Yataqdan qalxanda iki dəfə atəş açdım” ...

    29-09-2016, 16:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu