GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Yataqdan qalxanda iki dəfə atəş açdım”

“Yataqdan qalxanda iki dəfə atəş açdım”

Tarix: 29-09-2016, 16:28 Bölmə :Ölkə Baxış: 1 001
“Yataqdan qalxanda iki dəfə atəş açdım”

Bakıda baş verən dəhşətli cinayətin şok təfərrüatı

Sevgilisi ilə birləşərək ərini qətlə yetirən, onun meyitini doğrayaraq hissələrə parçalayan, cəsədi paytaxtdan İsmayıllıya apararaq oradakı meşəlikdə basdıran cütlüyün – Sədi Məmmədovun və Lalə Mahmudovanın cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Sözügedən qətl hadisəsi ötən ilin sentyabr ayının 26-da baş verib. İşdən evə sağ-salamat qayıdan Kamran Mahmudov elə həmin gecə yatdığı yerdə vəhşicəsinə qətlə yetirilib. Ailə başçısının bu cür qəddarlıqla öldürülməsinə səbəb nə olub? Bu barədə qələmə alacağımız yazıda qeyd olunacaq...

Kamran Mahmudovun telefonuna zəng çatmadığını görən qardaşı Elçin Mahmudov polisə müraciət edib. Əvvəlcə mərhumun itkin düşməsi versiyası ortaya atılıb. Buna səbəb Lalənin izi azdıraraq ərinin xarici pasportunun evdə olmadığını deməsi olub. Daha sonra məlum olub ki, əslində Kamran nəinki ölkədən, heç şəhərdən kənara çıxmayıbmış. Çox keçmir ki, tibb bacısı işləyən Lalənin zərgər sevgilisi Sədi ilə birləşərək Kamranı qəddarcasına qətlə yetirdiyi bəlli olur.

Hər ikisi ailəli olan Lalə ilə Sədi arasında sevgi münasibətləri 6 il öncə başlayıb. Belə ki, qızıl və gümüş məmulatlarının alqı-satqısı ilə məşğul olan Sədi Lalənin anasına məxsus mağazanı icarəyə götürüb. Onların ilk tanışlıqları da buradan başlayıb. Aralarında əvvəlcə işgüzar, daha sonrasa sevgi münasibətləri yaranıb.

Cütlük əvvəlcə gözdən iraq yerlərdə – müxtəlif otellerdə görüşsə də, sonradan Sədi qadının evinə ayaq açıb. Bu münasibətlər getdikcə intensiv şəkil alıb və Lalə ərindən, ailəsindən büsbütün soyuyub. L.Mahmudova isə istintaqa verdiyi ifadəsində bunun səbəbini Kamranın ona diqqət, qayğı göstərməməsi ilə izah edib. Son zamanlar Lalənin özünə əvvəlkinə nisbətən daha çox fikir verməsi, bəzənib-düzənməsi ərinin gözündən yayınmayıb, arvadından şübhələnməyə başlayıb.

Yeni ailə qurmaq üçün əri qətlə yetirmək lazım imiş

Nəhayət, sonda Kamranı öldürüb özlərinə yeni həyat qurmağı planlaşdırıblar. Təklif qadının sevgilisindən – Sədi Məmmədovdan gəlib. İstintaqa verdiyi ifadəsində Sədi göstərib ki, Lalə dəfələrlə ərindən boşanamağa cəhd etsə də, alınmayıb. Ərinin ondan şübhələndiyini sevgilisinə çatdırdıqdan sonra Sədi qətl planını reallaşdıracaqları günü dəqiqləşdirib. İlk dəfə 2014-cü ilin may ayında qətl planını həyata keçirmək istəyiblər. Amma Sədi Məmmədovun motosikletlə qəza törətməsi onların cızdığı planı ertələyib. Belə ki, S.Məmmədovun uzun müddət xəstə yatması səbəbindən cinayəti təxirə salmağa məcbur olublar. Tam bir il keçdikdən sonra isə sözügedən amansız qətli reallaşdırıblar.

Güllələnən və cəsədi parçalanan ailə başçısı

2015-ci ilin sentyabr ayının ortalarından etibarən L.Mahmudova və S.Məmmədov Kamranı necə öldürməklə bağlı söhbətlər aparıblar. İmkan düşən kimi bu qətli həyata keçirmək üçün S.Məmmədov sellofan torbalar, torbaları bağlamaq üçün ilgəklər alaraq Laləyə verib. Lalə həmin əşyaları özünə məxsus avtomobilə

qoyaraq yaşadığı mənzilə gətirərək orada gizlədib. Sentyabrın 26-da S.Məmmədov Laləyə “WhatsApp”la mesaj yazaraq, əri evə gəldikrən sonra ona xəbər verməsini və mənzilin qapısını açıq qoymasını tapşırıb. Gecə saatlarında Kamran Mahmudov evə gəldikdən sonra Lalə bu barədə Sədini məlumatlandırıb. S.Məmmədov özü ilə odlu silah götürərək Lalənin yaşadığı ünvana yollanıb. Mənzilə daxil olaraq Kamranın yatdığı otağa keçib, ona baş nahiyəsindən üç dəfə atəş açıb. Öldüyündən əmin olduqdan sonra meyiti sürüyərək hamama gətiriblər. Kamranın başı içəridə, ayaqları isə dəhlizdə qalıb. Meyiti çəkərək ayaqlarını da içəri salıblar. Sonra Sədi özü ilə gətirdiyi çantadan mətbəx bıçağı və dəmirkəsən mişarı götürüb, vanna otağını bağlayıb: “Təxminən iki saat meyiti hissələrə ayırdım. Meyiti Laləyə verdiyin sellofan torbalara yığdım, ağızlarını ilgəklərlə bağladım. Cəsədi 15 kisəyə yığdım. Vanna otağındakı qanı yuyub təmizlədim. Sonra isə meyitin hissələri dolu kisələri maşına yığdım. Artıq hava işıqlanırdı. Oradan birbaş İsmayıllı rayonunun Talıstan kəndinə getdim”.

S.Məmmədov yolda olarkən qardaşı Əliyə zəng vuraraq əkməyə ağac gətirəcəyini deyib, ona yer qazmağı tapşırıb. Əli də qardaşının sözünə əməl edib. Sədi kəndə gedərək içərisində meyit olan kisələri həmin yerdə basdırıb. Meyiti basdırdığı yerin üzərinə çınqıl töküb, ətrafda ocaq qalayıb ki, bilinməsin. Kamrana atəş açdığı silahı isə elə həmin kənddə yardımçı tikilidə gizlədib.

“Ərimi heç vaxt sevməmişdim”

Tibb bacısı, iki övlad anası olan Lalə Mahmudovanın həyat yoldaşı Kamran Mahmudov Nərimanov rayonu ərazisindəki

“Fullmart” adlı marketin direktoru olub. L.Mahmudova ifadəsində ərinin maddi cəhətdən onları normal təmin etmədiyini, qadın kimi ona qayğı, diqqət göstərmədiyini bildirib. Ər-arvad arasında soyuqluq isə ailəni uçuruma aparıb. Qadın ərindən boşanaraq Sədi ilə ailə qurmaq istəyib. Amma boşana bilməyəcəyini görüncə, ərini qətlə yetirməyə razılaşıb: “Sədi ilə gizli görüşməkdən yorulmuşdum. Kamransa boşanmaq istəmirdi. Ürəyimdə Kamrana qarşı heç bir hiss qalmamışdı, ümumiyyətlə, heç vaxt onu sevməmişdim. Sədini isə sevirdim”.

Qanlı gecə, doğranan cəsəd

L.Mahmudova qətl gecəsi barədə belə deyib: “Kamran gecə saat 2-də işdən qayıtdı. Yataq otağına keçib yatdı. Sədiyə telefonla ismarıc göndərdim, Kamranın gəldiyini xəbər verdim. Bir qədər sonra Sədi gəldi, Kamranın yatdığı otağa keçdi. Taqqıltı səsi gələndə Kamranı vurduğunu bildim. Meyiti sürüyüb hamama gətirdik. Mən iki saat mətbəxdən çıxmadım. Sədinin hamam otağında nəsə kəsməsi səslərini, o cümlədən mişarla kəsmə səsləri eşitdim. Səslərdən başa düşmüşdüm ki, Sədi əvvəlcədən dediyi kimi, Kamranın meyitini doğrayır”.

Bir qətlin izi ilə və kamera görüntüləri

Ertəsi gün Kamranın qohum-əqrəbası onu axtarmağa başlayıb. Lalə isə onlara deyib ki, saat 9-da evdən çıxıb işə gedəndə Kamran evdə yatırmış.

Mərhumun qardaşı Elçin Mahmudov istintaqa ifadəsində bildirib ki, qardaşının itkin düşməsi ilə bağlı polisə müraciət etmək istəyəndə Lalə ona evdən 12 min dolların oğurlanmasını

deməməsini xahiş edib. Lalənin bu sözləri Elçini şübhələndirib. Belə ki, qətldən iki ay əvvəl Kamranın evindən naməlum şəraitdə 12 min dollar pul yoxa çıxıb. Pulun kim tərəfindən götürülməsini araşdırarkən onlarda şübhə yaranıb ki, pulu Lalənin qardaşı qızı oğurlayıb və görüşdüyü oğlana vermiş ola bilər. Elçin qardaşının evindən çıxarkən yaxınlıqdakı “İzmir Plaza”nın müşahidə kamrerasını görüb. Onlardan xahiş edərək, həmin gecənin kamera görüntülərini alıb. Elçin kamera görüntülərində müşahidə edib ki, qardaşı Kamran sentyabrın 26-da gecə saat 01:20 dəqiqədə evə gəlib, ondan 10 dəqiqə sonra 10 KA 009 dövlət qeydiyyat nişanlı, BMW markalı naməlum avtomobil gələrək Kamranın avtomobili ilə üzbəüz saxlayıb. Həmin sürücü bir müddət avtomobildə oturub. Saat təxminən 03:00 radələrində düşərək qardaşının yaşadığı mənzilin dəhlizinə daxil olur. Müəyyən müddət keçəndən sonra isə həmin sürücü polietilen torbalarda nəsə daşıyaraq avtomobilə yığır. Elçin bu şübhəli şəxs barəsində polisə məlumat verir və görüntüləri onlara təqdim edir. Bununla da işin üstü açılır.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə keçirilib. İclasda şahid ifadələri dinlənilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərini öldürüb meşədə basdıran qadın tibb bacısı imiş - VİDEO

    Ərini öldürüb meşədə basdıran qadın tibb bacısı ...

    1-10-2015, 23:18

  • 
  • Bakı sakini qardaşını yatdığı yerdə qətlə yetirdi

    Bakı sakini qardaşını yatdığı yerdə qətlə yetirdi ...

    21-11-2015, 17:30

  • 
  • «Kim inanar ki, ana evində qızını başqa kişi ilə görüşdürər» - FOTOLAR

    «Kim inanar ki, ana evində qızını başqa kişi ilə ...

    17-11-2015, 16:11

  • 
  • Kamran Ağayev qumarda uduzduğu üçün intihar edib

    Kamran Ağayev qumarda uduzduğu üçün intihar edib ...

    10-01-2015, 21:05

  • 
  • Qətlin üstü açıldı

    Qətlin üstü açıldı ...

    5-10-2015, 18:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu