Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Fərhad Təhməzov sabiq nazirə 6 milyonluq saray hədiyyə edib.
Eldar Mahmudovun işdən çıxarılmasının üzərindən bir ay keçməsinə baxmayaraq, MTN məsələsi gündəmdən düşmür. Və hər gün keçmiş MTN şefi ilə bağlı yeni-yeni məlumatlar üzə çıxır. Bu sırada ən aktual yerlərdən birini isə əmlak məsələləri və ya bahalı hədiyyələrlə bağlı mövzular tutur.
Qaynar.info jam.az-a istinadən xəbər verir ki, Eldar Mahmudovun Xəzər dənizinin sahilində də bahalı villası varmış. Daha doğrusu, Şıxov ərazisində sabiq MTN şefinə dəyəri 6 milyon dollar olan sayar hədiyyə edilib. Hədiyyəni verən şəxs isə kiçik adam sayılmır. Amma onun bu qədər sərvətə malik olması kifayət qədər şübhəlidir.
Məlumatlarda vurğulanır ki, Eldar Mahmudova Şıxovda bahalı saray hədiyyə edən şəxs Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Fərhad Təhməzovdur. O, 2012-ci ildə fondun rəhbərliyinə gətirilib. Həmin müddətə qədər isə Təhməzovun postunu sabiq deputat Ayaz Orucov tutub.
Bu hədiyyənin hansı səbəbdən Mahmudova verildiyi məlum deyil. İlkin ehtimal budur ki, Fərhad Təhməzov rəhbəri olduğu qurumda ciddi yeyintilərə yol verib və məsələdən MTN-in xəbəri olub. Və onun bu işlərə görə ciddi şəkildə başı ağrayıb. İşlərini davam etdirmək üçün MTN bəlasından xilas olmaq məqsədi ilə Eldar Mahmudova saray hədiyyə edib.
Amma bir başqa versiya da ondan ibarətdir ki, Fərhad Təhməzov elə özü Eldar Mahmudovun kadrı sayılıb. Yəni, sabiq nazirin sayəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorluğuna gətirilib. Bunun qarşılığı olaraq da keçmiş MTN rəhbərinə bahalı villa hədiyyə edib.
Sözügedən fond sabiq prezident Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Belə ki, mərhum prezident Heydər Əliyev məcburi köçkünlərin mənzil və iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə Nazirlər Kabineti yanında “Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu”nun yaradılması haqqında hələ 1999-cu ildə sərəncam imzalayıb. Bu fond ayrı-ayrı podratçı təşkilatlarla işləyərək, qaçqınlar üçün yataqxanaların təmiri, onlara məişət avadanlıqlarının alınması, yol çəkilişi və s. işləri yerinə yetirirlər. Fərhad Təhməzov bu posta 2012-ci ildə gəlib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?