Şəkinin Kiçik Dəhnə kənd sakini Bünyad İsmayılov Dərəcənnət kəndində Dünyamalı Əliyevin tövləsindən 4 baş iribuynuzlu mal-qara oğurluyarkən saxlanılıb.
gundemxeber.az Kanal S-ə (Region TV) istinadən bildirir ki, Bünyad İsmayılov ətrafında aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində onun digər oğurluqlarda da əlinin olduğu müəyyənləşib. O, bu ilin sentyabr-okyabr aylarında Şəkinin Kiçik Dəhnə, Cəfərabad, Aran və digər kəndlərində ümumilikdə 8-dən çox oğurluq cinayəti törədib. Nəticədə Bünyad İsmayılov başqalarına məxsus 35 başdan çox xırdabuynuzlu, 10 baş iribuynuzlu mal-qara, 50-dən çox ev quşunu qanunsuz yolla mənimsəyib.
Bünyad İsmayılov barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə cinayət işi başlanılıb. Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq tədbirləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?