Son iki ay ərzində canavarların mal-qaraya hücumu nəticəsində Daşuz kəndinin sakinlərinə məxsuz 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu tələf olub
Hadisə Şəkidə canavarlar mal-qaranı parçalayıb. ANS PRESS APA-ya istinadla xəbər verir ki, cabavar hücumu ilə bağlı Şəki rayonu Daşüz kənd sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, dünən axşam saatlarında Şəkinin Daşüz kəndində otlaq sahəsindən evə qayıdan mal-qaraya canavarlar hücum edərək iki baş inəyi parçalayıb. Onların dediyinə görə, son iki ay ərzində azğınlaşmış canavarların mal-qaraya hücumunun intensivləşməsi səbəbindən kənd sakinlərinə məxsuz 10 baş iribuynuzlu və 10 başdan yuxarı xırdabuynuzlu tələf olub.
Şəki şəhər İcra Hakimiyyətinin Daşüz Kənd İcra Nümayəndəsinin müavini Rövşən Məmmədov APA-ya mövcud faktı təsdiqləyib və bu hadisəyə görə əlaqədar təşkilatlara müraciətlər olunacağı bildirib. Onun sözlərinə görə, dağlıq ərazidə belə halların baş verməsinin əsas səbəblərindən biri də kənd əhalisinin mal-qaranı səllim şəkildə buraxmasıdır, xüsusən də axşam saatlarında heyvanların küçələrdən vaxtında yığışdırılmamasıdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?