Ötən gün əsən güclü külək nəticəsində binadan qopan üzlük parçası Mingəçevir sakininin avomobilinin üstünə düşüb. gundemxeber.az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nigar Rəfibəyli 13/1 ünvanında baş verib.
Ramil Qəhrəman oğlu Şəfiyev "VAZ 21099" markalı avtomobili yaşadığı 12 mərtəbəli binanın qarşısında saxlayıb. Binanın üzlük hissəsi olan materialın bir hissəni maşının üstünə düşüb. Bu zaman güclü səs eşidən Ramil Şəfiyev və atası həyətə düşüblər. Onlar maşının əzildiyini görüblər.
Qeyd edək ki, həmin binanın bəzi yerlərində üzlük hissələr aralanıb, pəncərə qırılıb. "Saat 12-yə işləmişdi. Birdən gördüm ki, bərk səs gəldi. Biz 2-ci mərtəbədə oluruq. Baxanda gördüm ki, şifer dağıldı, töküldü. Aşağı düşdük. Gördük ki, bizim maşının üstünə düşüb. Birinci bilmədik haradan düşüb. Binaların üstünə, qıraqlarına baxanda gördüm ki, 11-ci mərtəbədən, qabaq tərəfdən gəlib", - deyə avtomobil sahibinin atası Rafiq Şəfiyev bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?