GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ELDAR MAHMUDOVUN “KÖLGƏ KABİNETİ”NİN ÜZVLƏRİ TƏŞVİŞDƏ – Oqtay Əsədov bağışlandımı?

ELDAR MAHMUDOVUN “KÖLGƏ KABİNETİ”NİN ÜZVLƏRİ TƏŞVİŞDƏ – Oqtay Əsədov bağışlandımı?

Tarix: 20-11-2015, 00:39 Bölmə :Ölkə Baxış: 0
ELDAR MAHMUDOVUN “KÖLGƏ KABİNETİ”NİN ÜZVLƏRİ TƏŞVİŞDƏ – Oqtay Əsədov bağışlandımı?

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən alınması, ardınca MTN-də və Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) kütləvi həbslərin aparılmasıyla başlanan “hakim komandanı içdən təmizləmə əməliyyatı” cəmiyyətdə əməlli-başlı silkələnmə yaradıb.

Həbslərin və işdənçıxarmaların miqyasına, istintaqa cəlb edilənlərin əhatə etdiyi çevrəyə diqqət yetirdikdə, göz önündə maraqlı bir tablo yaranır: sanki, hakimiyyət müəyyən müddətdən sonra dövlət çevrilişinə hazırlaşan böyük bir şəbəkənin üstünü açıb və indi bircə-bircə bu şəbəkənin təmsilçilərini zərərsizləşdirməklə məşğuldur; ancaq proses elə aparılır ki, bu, kütləvi ajiotaja və hakimiyyət içərisində qəfil parçalanmaya çevrilməsin, maraqlı xarici güclər üçün hər hansı fürsət saxlanmasın…

Bəlkə də, bu səbəbdəndir ki, hər gün mediada daha bir nazirin işdən alındığı və ya yaxın vaxtlarda alınacağı xəbəri yayılır, cəmiyyət də bunu dərhal ciddi məlumat və gerçəklik kimi qəbul edir.

Etməyə də bilməz. Çünki Eldar Mahmudovun “dövlət içərisində dövlət” yaratdığı, rəhbərlik etdiyi strukturun nəhayətsiz imkanları hesabına, faktiki olaraq, Prezidentdən sonra hakim komandada ikinci şəxsə çevrildiyi göz önündəydi. İndi cəmiyyətin də gözlədiyi odur ki, əgər komanda içərisində komanda yaradan sabiq MTN başçısının özü vurulubsa, təsirsiz hala gətirilibsə, bəs, onun qiyama hazırlaşan əsgərləri – qalan komanda üzvlərinin taleyi necə olacaq?! Zorla və ya xoşluqla Mahmudova beyət edənlər hansı aqibəti yaşayacaqlar – onlar da vurulacaq, yoxsa əfv ediləcəklər? Axı bu, ta qədimdən saraylarda möhkəm və dəyişilməz bir qaydaya çevrilib ki, səhvi düzəltməyə şans tanınsa da, xəyanət heç vaxt bağışlana bilməz – xəyanətin bağışlanması daha böyük xəyanətlərə rəvac vermək deməkdir!

Hələlik MTN-də və RYTN-də aparılan həbslər, elan olunan rəsmi ittihamlar göstərir ki, Mahmudovun MTN-dəki komandasına aman verilməyəcək – bu struktur, gec-tez, bu dəstədən tamamilə təmizlənəcək.

Bəs, şəbəkənin digər hakimiyyət qurumlarındakı dayaqları necə, zərərsizləşdiriləcəkmi?

Strateq.az-ın əldə etdiyi məlumatlara görə, Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən ibarət çox böyük bir komandası – “kölgə kabineti” olub. Hazırda Mahmudovun vəzifəsindən alınması, onun sağ və sol qolları sayılan – Akif Çovdarovun və İlqar Əliyevin, eləcə də onların dəstəsinin həbsə atılması MTN-dən kənardakı bu “kabinet üzvləri”ni də ciddi təşvişə salıb. Onlar aqibətlərinin necə olacağını, həqiqətən, bilmirlər və tikan üstə oturublarmış kimi, hər gün ya vəzifədən alınacaqları, ya da həbs ediləcəkləri anı gözləyirlər.

Təsadüfi deyil ki, media “deyirlər, naziriniz çıxarılıb” sualıyla müraciət etdikləri mətbuat xidmətləri duruxa-duruxa “axı nazir hələ kabinetindədir” deyə, ürkək cavablar verir, bu cavablarında belə, nazirlərinin hər an işdən atıla biləcəklərinin xofunu yaşadıqlarını açıqca büruzə verirlər…

Qısaca deyək ki, medianın ürkək cavablar aldığı və cəmiyyətin də hər an dəyişiklik gözlədiyi nazirliklər sırasında indi Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Komitəsi… ön sırada gəlir.

Adı Eldar Mahmudovun “kölgə kabineti”nin önəmli isimlərdindən biri kimi hallanan Milli Məclis sədri Oqtay Əsədovun başının üstünü alan qara buludlar isə, deyəsən, artıq dağılıb və çox yaxın günlərdə – Konstitusiya Məhkəməsinin qərarını elan etməsindən az sonra bu məsələ də ictimaiyyətə aydınlaşacaq…

Hələliksə, Strateq.az-a çatan məlumata görə, ötən həftənin sonunda Konstitusiya ilə hakimiyyət iyerarxiyasında üçüncü pilləni tutan şəxsin – Milli Məclis sədri Oqtay Əsədovun yaxın qohumları Bakıdakı məşhur restoranlardan birində spikerin ölkə rəhbərliyi tərəfindən bağışlandığı və növbəti dəfə spiker olacağı xəbərini əməlli-başlı şadyanalıqla, böyük sevinc hissiylə qeyd ediblər.

Həmin mərasimdə iştirak edən mənbələrdən biri deyib ki, Oqtay Əsədov Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından xeyli pəjmürdə olubmuş və bu hadisədən sonra nəinki hakimiyyət dəhlizlərində, elə onun özündə də yenidən spiker seçilməyəcəyi rəyi hakim imiş. Hətta bu məsələ mətbuata da sızdırlmış, Oqtay Əsədovun yerinə 3 şəxsin – Əli Hüseynli, Ziyafət Əsgərov və Əhliman Əmiraslanovun adının halanması ciddi qarşılanmşıdı.

Ancaq ötən həftə sonundan etibarən, Oqtay Əsədovun rahatlandığı və təhlükənin ondan sovuşduğu xəbəri gəlib, spikerin qohumları da çox dar çərçivədə bu şad xəbəri qeyd etmək qərarı veriblər…

Buna baxmayaraq, hakimiyyət içərisində Oqtay Əsədova daha əvvəlki ilıq münasibətin göstərilməyəcəyi, nüfuzuna böyük zərbə dəydiyi, hətta konfliktdə olduğu deputatların belə qarşıdakı sessiyalarda ona qarşı əməlli-başlı geniş cəbhə açacağı artıq gizlədilməsi mümkün olmayan həqiqətlərdəndir…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!

    AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük ...

    18-11-2015, 16:09

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudov öldü?

    Eldar Mahmudov öldü? ...

    17-06-2016, 22:23

  • 
  • Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

    Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu ...

    26-10-2015, 12:54

  • 
  • Eldar Mahmudov meydan oxuyur

    Eldar Mahmudov meydan oxuyur ...

    26-11-2016, 00:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu