Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov dəfn edilib.
"Report"un xəbərinə görə, H.Kərimov Bakının Yeni Günəşli qəsəbəsində torpağa tapşırılıb. Dəfn mərasimində AXCP və Müsavat Partiyasının rəhbərliyi, üzvləri və ictimai fəallar iştirak ediblər. Xatırladaq ki, o, noyabrın 20-də dünyasını dəyişib. H.Kərimov ürək xəstəliyindən əziyyət çəkirdi.
Sorğu
Yeni dizaynımız necədir?