GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.

''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.

Tarix: 20-11-2015, 18:07 Bölmə :Ölkə Baxış: 0
''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.

Saytımızın bu dəfəki maraqlı qonağı, həmsöhbətimiz istedadlı şair, ürək adamı Süleyman Abdulladır.

Süleyman bəy, bir kənddə böyümüş və eyni məktəbdə orta təhsil almışıq. Sizi və bu gün özümə çox yaxın bildiyim sizin bir neçə yaşıdlarınızı, bu qarışıq, qayğı dolu şəhər həyatında az-az görsəm də həmişə xoş hisslərlə xatırlayıram. Və nə yaxşı ki, indi feysbuk var, virtual olsa da hər gün burda görüşüb, söhbətləşə bilirik. İstədim, bizim saytımızın oxucularına da sizi - istedadlı şair və dəyərli bir insanı, bir ziyalını təqdim edək. Elə bilirəm, bu tanışlıqdan kimsə peşimanlıq duymaz.


Diqqətinizə görə təşəkkür edirəm, Zəka bəy! Doğru deyirsiniz, biz eyni kənddə doğulmuşuq, eyni məktəbdə təhsil almışıq, eyni müəllimlərin tərbiyəsini görmüşük. Bizim doğulub-böyüdüyümüz Arabaçı kəndi təbiəti ilə də, insanları ilə də,ümumiyyətlə hər şeyi ilə çox gözəl kənddir.Qürur duyuram ki,süfrəsi halal,insanları mehriban və mərd olan bir kəndin övladlarıyıq.Təbii ki,mən də özümü sizə çox yaxın sayıram.Biz qəlbən də,ruhən də yaxınıq.Siz,qardaşınız,azman şairimiz Ayaz Arabacı və mən bu kəndin üzdə olan qələm sahibləriyik və düşünürəm ki,kəndimizi layiqincə təmsil edirik.Bəlkə bu yaxınlığa üçümüzün də dil-ədəbiyyat müəllimimizin eyni müəllim olması böyük təsir edib.Bu müəllim sizin atanız və bizim sevimli müəllimimiz Vilayət müəllimdir.Mən indi də onu görəndə özümü şagird kimi hiss edirəm.

Gec-gec görüşməyimizn səbəbi də, yəqin ki,qayğıların çox olmasıdır.Biz ki,qəlbən yaxınıq,əsas məsələ budur.



Keçən əsrin 90-cı illərində "Ulduz" jurnalında şeirlərinizə təsadüf edənə qədər bu istedadınızdan çoxları kimi mən də xəbərsizdim. Amma o istedadla yazılmış şeirləri oxuyandan sonra sizi yenidən "kəşf" etdiyimə çox sevindim. Lap doğrusu, bir dağ kəndindən, kasıb, zəhmətkeş bir ailədən çıxan siz bu istedadınızla şəhərdə yanaraq, ən azı kəndimizi nura boyayan bir lampa kimi göründünüz gözlərimə.

Bildiyim kimi, ixtisasca riyaziyyatçısınız. Ədəbiyyata sevginizi gizlətmişdinizmi, ya sonradan yarandı? Məncə kimsənin sizin bu istedadınızdan uzun illər xəbəri olmayıb.

Bəli,mən ixtisasca riyaziyyatçıyam, AzNKİ-nin ''tətbiqi riyaziyyat'' ixtisasını bitirmişəm.Sizə də məlumdu ki,biz orta məktəbdə təhsil alan zamanlarda riyaziyyat oxumaq məcburi idi.Riyaziyyatdan əla qiymətlər alana başqa fənlərdən mexaniki əla qiymət yazılırdı.Ədəbiyyata marağım isə 3-cü sinifdən yaranmışdı,xasiyyətcə utancaq olduğumdan bu həvəsi büruzə verə bilmirdim.Əlbəttə,döyülmək qorxusu da var idi,riyaziyyat dərsliyinin arasına bədii kitabları gizləyərək mütaliə edirdim.Artıq 7-ci sinifdə oxumağa bədii ədəbiyyat tapa bilmirdim.Bir fizika müəllimimiz var idi,''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.Bilmirəm,bəlkə riyaziyyatda da uğur qazana bilərdim,amma ədəbiyyata olan həvəsim riyaziyyatı üstələdi.



Mərhum şairimiz Ələkbər Salahzadə sizdən və şeirlərinizdən ağızdolusu danışardı və bu da məni çox fərəhləndirirdi. Bu münasibət necə yarandı?

S.Rüstəmxanlının 1989-cu ildə baş redaktoru olduğu ''Azərbaycan''qəzeti vardı,çox nüfuzlu qəzet idi.Mən o vaxtlar da yazdığım şeirləri üzə çıxarmırdım,amma həm sinif,həm də tələbə yoldaşım olmuş Zabit Məmmədov xəlvətcə iki seirimi seçib həmin redaksiyaya göndərir.Redaksiyada oxuyurlar,bəyənirlər və məni redaksiyaya dəvət məktubu göndərirlər.Məktubu alanda mat qaldım,axı belə bir dəvət yatanda yuxuma da girməzdi.Məktubu o zamanlar çox populyar olan ruh şairimiz Rüstəm Behrudi imzalamışdı.Sonra zabit məsələnin üstünü açdı ki,şeirlərini mən göndərmişəm.Sağ olsun R.Behrudini mənə çox qayğı göstərdi,özünə inam yaratdı.Daha sonra rəhmətlik S.Sərxanlı işlədiyi''Açıq söz''qəzetində bir şeirimi dərc etdirdi,daha sonra M.Araz''Azərbaycan təbiəti''dərgisində daha bir şeirimi çap elətdirdi ki,bu mənim üçün təsvirolunmaz uğur sayıla bilərdi.Daha sonra müntəzəm çap olunmağa başladım və təbii olaraq ''Ulduz''dərgisi də şeirlərimi öz səhifələrində işıqlandıran mətbu orqanlarından biri idi.Gözəl insan Ə.Salahzadə ilə də dostluğumuz ''Ulduz'' dərgisindən başlamışdı.Tam səmimiyyətimlə deyirəm,mənim ədəbiyyat dahəsində yeganə dostum bu gözəl insan idi.



Sonralar heç şeirlərinizə rastlamadım. Deyim ki, özünzü də ayda-ildə bir dəfə təsadüfən görürdüm. Amma metrolarda, kitab dükanlarında nəsr kitablarınıza rastlayırdım. Bu, bir sınaq idi, yoxsa...?

2002-ci ildə AYB-yə üzv oldum,təxminən həmin vaxtlardan özümü nəsr sahəsində də sınadım.Ə.Salahzadə hekayələrimi çox bəyəndi, hətta bir neçəsini ''Ulduz''da cap elətdirdi,həvəsləndim bir neçə povest yazdım,hətta iki romanım da var.Amma çap olunmağa həvəsim öldü,həm də çox gərgin işləyirdim,bəzən iki sutka yatmadan işləyirdim.Daha sonra dost adlandırdığım bəzi adamlar mənə qarşı süni əngəllər yaratdılar.Bu əngəlləri aşanda, artıq bir neçə ilin hədər getdiyinin fərqinə vardım,ancaq keçən günləri qaytarmaq mümkün deyil.Bu ərəfələrdə bəzi qüvvələr Ə.Salahzadəyə qarşı çıxış etməyə başladılar və nəticədə onu ''ULDUZ'' dərgisindən uzaqlaşdırmağa nail oldular.Mən də o vaxtdan o tərəflərə getmədim,hərdən ''Qobustana''a gedib Ə.Salahzadəyə baş çəkirdim,amma çap olunmaq həvəsim qətiyyən yox idi.

''Vicdan susanda''romanını oxuduğuma görə məni dikdaban ayaqqabısı ilə döymüşdü.

Şeirdən, ədəbiyyatdan usandığınız vaxtlar olurmu?

Yox,heç vaxt,bu mümkün deyil.Ən yorğun anımda,lap iki daşın arasında olsam belə mütaliəmdən qalmıram.Yazmaq məsələsində isə heç vaxt özümü zorlamıram.Nə vaxt istəsəm onda yazıram,gecə-gündüz - fərq eləmir,mütaliə və yazmaq mənim üçün iş yox,mənəvi qidadır.



Bildiyimə görə siz, həm də jurnalistlik fəaliyyətilə məşğulsunuz, qəzet təsisçisi və baş redaktorsunuz. Bu hansı ehtiyacdan yarandı?

Yox,jurnalistika ilə məşğul deyiləm,arada bir publisistik yazılar yazsam da bu, ciddi xarakter daşımır.Doğrudur,''Press Əks-Səda'' və''Məntiq dünyası''Qəzetlərinin təsisçisi və baş redaktoruyam,bu, ancaq iş xarakteri dsşıyır,bekarçılıqdansa nə iləsə məşğul olmaq daha yaxşıdır.Həm də şairin iş yeri ya qəzet ya da dərgilər olmalıdı,ciddi qəzetlər maddi cətinliklər içində boğulur,mənim redaktoru olduğum qəzetlər krossvordlardan və bir neçə ədəbi səhifədən ibarətdir.


Yəqin ki, bu vaxtacan şeir kitabları da nəşr etdirmisiniz. Görünür, təbiətinizdən gələn, - utancaqlıqmı deyim, ya abır-həyamı deyim, - bu kimi hisslər üzündən özünüzün və kitablarınızın təbliğinə can atmamısınız, ya bəlkə başqa səbəblər var?!

Bəli,indiyəcən iki seir kitabım çap olunub.''Şəkillər ağlamaz''adlı kitabım çox bərbad vəziyyətdə çıxdı.1998-ci ildə cap olunan bu kitabın cap xərclərini ödədim,amma türk qardaşlarımız xəbərsiz-ətərsiz yoxa çıxdılar.Məsuliyyət altında qalan həmyerlimizə də özüm güzəştə getdim.Belə hallar həyatda çox olur.

''Səni sevirəm axı''ikinci kitabım isə keçən il işıq üzü görüb,dostlara-tanışlara hədiyyə edirəm.Düzü kitablarımı təbliğ eləmək,hansısa təqdimat mərasimləri keçirmək haqqında heç düşünməmişəm.Yəqin ki,gələcəkdə bu barədə fikirləşərəm.



Bir neçə gün bundan öncə 50 yaşınız tamam oldu. Bu yarım əsrlik ömürdən qazancınız nə oldu, həyat sizə nə verdi?

50 yaşım bu il noyabrın 5-də tamam oldu.İnanın ki,bu 50 ilin necə keçməyindən xəbərim belə olmadı,ancaq geri boylananda bu əlli ildə nələr yoxdu.Xoşbəxtlikdənmi,ya bədbəxtlikdəndimi-bilmirəm,yaşadığım müddətdə mən bir çox adamlarım yaşamadığı hissləri yaşamışam,bir çoxlarının görmədiyini görmüşəm.1984-86-cı illərdə ən müasir zenit raketləri voyskasında xidmət etmişəm.Qazaxıstanın raket poliqonlarında 50-60 dərəcə istidə raket starta vermişəm,Belorusiyanın Brest şəhərində o qədər keşikdə dayanmışam.1988-ci illərdə hərəkatın fəal iştirakçısı olmuşam,buna görə institutdan qovulub yenidən bərpa olunmuşam.Hətta 30 gün həbs ediblər məni,amma günahsızlığımı sübut etmişəm.Bu işdə dostlarımın,tələbə yoldaşlarımın böyük zəhməti olub.Sonra Qarabağ müharibəsi,Laçın,Qubadlı,Füzuli döyüşləri...Nə bilim,çox şey,o qədər çox ki...Amma bunların heç birindən özümü təbliğ etmək üçün istifadə etməmişəm.Həmişə düşünmüşəm ki,insan taleyinə yazılanları yaşayır,bütün bunlar da mənim taleyimə yazılanlardır.



Yaşamağın, həyatın sizi yorduğu anlar olubmu?

Yox,heç vaxt,mən yorğunluğu qəbul edənlərdən deyiləm.Bir məsəl var''yorulan atları güllələyirlər''.Yaşamaq insanın gücü daxilində olmayan bir nəsnədir,doğularkən heç nədən xəbəri olmayan adamın yaşamaqdan bezməyə haqqı olmamalıdır,- düşünürəm.Mənim də bezməyə,gileylənməyə haqqım yoxdur.



Nədən narazısınız?

Hərə öz ömrünü Tanrının məsləhət bildiyi kimi yaşayır.Təbii ki,razı olmadığım şeylər var,məsələn xəyanətdən zəhləm gedir və xəyanət edən adamı heç vaxt bağışlamaram.Həmişə yaradana dua edirəm ki,mənə yaxşı dostlar qismət edib,mən dostlarımı özümdən də çox istəyirəm.Onlardan birini siz də tanıyırsınız,Arzu Bağırovu deyirəm.Gözəl övladlarım var,tərbiyəli,böyük-kiçik yeri bilən,savadlı...Açığı mən dostlarımla və övladlarımla nəfəs alıram.Tanrıya min şükür!



Bu günki şair və şeir bolluğunda özünün və şeirlərinin boyunu kənardan görə bilirsənmi? Görə bilirsənsə, necə görnür, görünmürlər və görə bilmirsənsə, səbəb nədir?

Şeirlərim və şairlər arasında yerim?...çox qəliz sual oldu,buna oxucular daha dəqiq cavab verə bilərlər.Özüm isə onu deyə bilərəm ki,məncə gələcəyə nəsə qalacaq.Bir şeirmi,beşimi,onumu...amma nəsə qalacaq.Buna əminəm.!

Şeirlərimin kənardan görünüşü mənim fikrimə görə yaxşı olmalıdı,cünki mən bu şeirləri kiməsə yarınmaq,kiminsə xoşuna gəlmək,özümü kimdənsə üstün göstərmək üçün yazmıram.Yazdıqlarım ruhumla cismimin arasında olan pıçıltıların təcəssümüdür.Mənim şeirlərimdə səmimiyyət var, özümü heç vaxt yazmaq xatirinə yazmağa məcbur eləməmişəm.Zəif ola bilər,poetik baxımdan, bədiilikdən kasad ola bilər, amma səmimiyyətdən əsla...Kənardan baxanda da olduğu kimi görünür.



Söhbətləşdi: Zəka Vilayətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Sizin xoş diləkləriniz mənim fəaliyyətimə verilən ən yüksək qiymətdir" - Mehriban Əliyeva

    "Sizin xoş diləkləriniz mənim fəaliyyətimə ...

    1-09-2018, 19:07

  • 
  • İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən azad edib

    İraq qüvvələri Süleyman Bəy qəsəbəsini İŞİD-dən ...

    2-09-2014, 10:54

  • 
  • İlham Əliyev: “Rusiya dəyərli tərəfdaş, dost və qonşudur”

    İlham Əliyev: “Rusiya dəyərli tərəfdaş, dost və ...

    27-09-2018, 20:13

  • 
  • Səlim Müslümov və Süleyman Mikayılov sahibkarlara qan uddururmuş... - ŞOK FAKTLAR

    Səlim Müslümov və Süleyman Mikayılov sahibkarlara ...

    1-06-2018, 12:32

  • 
  • Putin və Medvedyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Putin və Medvedyev Azərbaycanın Birinci ...

    7-03-2019, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu