Deputat prezidentin qərarına qarşı “Avromed” dərmanı ucuzlaşdırmır, apteklərdə bahalaşma davam edir
Deputat Cavanşir Feyziyevin təsisçisi olduğu "Avromed" MMC haqda iddialar var. Millət vəkili əlində olan imkanlardan yararlanaraq digər dərman firmalarının qarşısında süni sipərin çəkilməsinə müvəffəq olub.
Elə bu səbəbdən də ölkənin ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərən apteklərin əksəriyyəti dərman preparatlarını məhz “Avromed”dən almağa məcbur qalıblar. Bu barədə “Gündəm xəbər”in əməkdaşı araşdırma aparıb. Məlum olub ki, MMC-nin deposu dərmanları real dəyərindən xeyli baha qiymətə satışa çıxarır. Bu səbəbdən də dərmanı yuxarı qiymətə alan apteklər də onu daha baha qiymətə satmalı olur.
Belə desək, “Avromed” şirkətinin eyniadlı dərman deposu ölkəmizdəki dərman bahalığının başlıca səbəbkarıdır. Prezidentin dərman bahalığı barəsində çıxışından bir müddət keçsə də, deputat buna əməl etmir.
Ölkə başçısının şikayət etdiyi problem hələ də həllini tapmayıb. Şübhəsiz dərman bazarında yaranmış hazırkı vəziyyət bu ticarətlə məşğul olan sahibkarların da ciddi narazılığına səbəb olur. Rayonlardakı bütün apteklər məhz “Avromed”in lisenziyası ilə fəaliyyət göstərir. Dərman preparatlarını baha qiymətə də elə bu şirkət satır.
Belə ki, şirkətin xaricdən gətirdiyi dərmanların öz nəzarətindəki apteklərdə nisbətən ucuz qiymətə satılması digər rəqiblərini demək olar ki, çətin vəziyyətə salıb. Cavanşir Feyziyevin sahibi olduğu şirkət faktiki olaraq ölkədə dərman bazarında yeganə lider sayılır.
Sorğu
Yeni dizaynımız necədir?