Məlumata görə, bu barədə facebook səhifələrində Ukrayna DİN-in nümayəndəsi İlya Kiva və Rusiyaya birləşdirilmiş yarımadanın ərazisində yayımına qadağa qoyulan ATR Krım-Tatar telekanalının baş redaktoru Osman Paşayev bildiriblər.
Qeyd edək ki, elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımadadakı Simferopol, Sevastopol və digər iri şəhərlər işıqsız qalıb.
Krımda noyabrın 22-nə keçən gecə fövqəladə vəziyyət elan edilib. Buna səbəb Ukraynadan yarımadaya elektrik enerjisinin verilişinin tam dayandırılmasıdır.
APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Rusiya FHN-in Krım üzrə idarəsinin informasiya təminatı şöbəsinin rəhbəri Vladimir İvanov bildirib.
Ukrayna DİN-nin məlumatına görə, Ukraynanın Xerson vilayətində Rusiyaya birləşdirilmiş Krım yarımadasını elektrik enerjisi ilə təmin edən ötürücü xətt partladılıb. Elektrik enerjisinin verilişində yaranmış problem nəticəsində yarımada demək olar ki, tamamilə işıqsız qalıb.
“Ukraynadan yarımadaya elektrik enerjisinin verilişinin tam dayandırılması ilə bağlı Krımda fövqəladə vəziyyət elan olunub” - deyə İvanov bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?