Krımda yaranan son vəziyyət əhalinin Ukrayna prezidenti Petro Poroşenkoya müraciət etməsinə səbəb olub.
gundemxeber.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, əhali prezidentə müraciət edərək Krımın Ukraynaya qaytarılması üçün referendum keçirilməsini tələb edib.
Ukrayna prezidentinin rəsmi saytında bununla bağlı petisiya yerləşdirilib. Sənəd işğal edilmış Krım yarmadasının Ukraynaya qaytarılması üçün referendum keçirilməsini əhatə edir.
“Yaranmış vəziyyətlə əlaqədar işğal olunmuş Krım ərazisində olan Ukrayna vətəndaşları, eyni zamanda müvəqqəti olaraq həmin ərazidə məskunlaşan şəxslər yarımadanın Ukraynaya qaytarılmasını təmin etmək üçün hökumət və dövlətdən yardım göstərilməsini istəyir”, deyə sənəddə bildirilir.
Sənəddə vurğulanır ki, Rusiya avtomat qundağı altında öz referendumunu keçirib və bu zaman krımlılar öz fikirlərini ifadə etmək hüququndan mərhum qalıblar:
“Rusiya Krım xalqının iradəsini nəzərə almayaraq öz yalanlarını həqiqət kimi təqdim edib. Buna görə də biz Ukrayna vətəndaşları kimi krımlılara seçim azadlığı verməliyik”.
Sorğu
Yeni dizaynımız necədir?