Bakıda müşahidə olunan qatı dumanın səbəbləri açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın report-a verdiyi məlumata görə, dumanın olmasına səbəb Azərbaycan ərazisində cənub küləyinin üstünlük təşkil etməsidir.
Nazirlik rəsmisi bildirib ki, yaxın iki gün ərzində Abşeron yarımadasının bəzi yerlərində analoji vəziyyətin davam edəcəyi istisna olunmur: "Ölkə ərazisində cənub küləylərinin üstünlüyü müşahidə ediləcək. Havanın temperaturu isə günorta saatlarında 14-17 dərəcə arasında dəyişəcək".
Sorğu
Yeni dizaynımız necədir?