GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazirlikdən meriyadakı maxinasiyalara uzanan gizli əl kimdir?

Nazirlikdən meriyadakı maxinasiyalara uzanan gizli əl kimdir?

Tarix: 23-11-2015, 17:04 Bölmə :Ölkə Baxış: 0
Nazirlikdən meriyadakı maxinasiyalara uzanan gizli əl kimdir?

Nazirlikdən meriyadakı maxinasiyalara uzanan gizli əl kimdir?

Həbsdəki Vidadi Zeynalov kadrı sayəsində Bakı Mənzil Kommunal Təsərrüfatı Departamentindəki əməliyyatlara nəzarət edibmiş; Abutalıbov Rəfail Mehralıyevi qoruya biləcəkmi?

Ölkənin son bir ayı ciddi təlatümlərlə yadda qaldı. Seçkilərin ardınca hakimiyyətdə iki mühüm postu tutan nazir vəzifəsini itirdi. 2005-ci ilin ruzigarını dumanlı xatırladan 2015-ci il hadisələri daha səs-küylü oldu.

O zaman səhiyyə və iqtisadiyyat nazirləri həbs edilmişdisə, bu mərhələdə MTN rəhbəri və Rabitə naziri vəzifəsi ilə vidalaşdı. Lakin bu sərəncamlar yetərli olmadı.

Hər iki sektorda zəncirvari həbslər dalğası, istefalar kütləvi xarakter aldı. Bir məxfi informasiya bütün düyünləri açdı və dövlət içində dövlət qurmaq ambisiyası olanların yolu məhbəsdən salındı.

Xüsusilə, MTN-də general Akif Çovdarovun və Rabitə Nazirliyində aparat rəhbəri Vidadi Zeynalovun ifşa edilməsi, o cümlədən həbsi skandal doğurdu. Amma bu hadisələr heç də birqütblü olmadı.

Ardınca MTN və Rabitə sektorunun təlimatlarını yerinə yetirənlər, bu şəbəkəyə xidmət göstərənlər, hər iki nazirin və ətrafının sifarişlərinə boyun əyənlər de-şifrə olundu.

“Gündəm-xəbər”in analitik qrupu ilk gündən bu proseslərin “çox su aparacağı” proqnozlarını verirdi ki, öz təsdiqini tapmaqdadır.

Ölkə mediasının son 15 gündə yaydığı müraciətləri, şikayətləri, sensasiya doğuran xəbərləri ötəri gözdən keçirmək kifayətdir ki, Eldar Mahmudov şəbəkəsinin haralara qədər uzandığını təsbit edə biləsən. Həmin şəbəkənin xidmətləri sırasında daha bir qurumun adı hallanıb.

Söhbət Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsində gedən qanunsuzluqlardan gedir.

Bu barədə “Gündəm-xəbər”in əldə etdiyi məlumatda qeyd olunub ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri, həbs olunan Vidadi Zeynalov dayaqlarının möhkəm olduğu dövrlərdə yaxın adamı olan Rəfail Mehralıyevi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin maliyyə şöbəsinə rəhbər qoymağa nail olub.

V.Zeynalovun həbsi R.Mehralıyevun vəzifədə qalması üçün sürüşkən bir periodun yaranması ilə nəticələnib. Mehralıyev işini itirəcəyi ilə bağlı əndişələnib.

Məlumatlarda qeyd edilir ki, V.Zeynalov nazirlikdəki vəzifəsində Bakı Mənzil Kommunal Təsərrüfat Sisteminə nəzarət etmək ssəlahiyyətinə qeyri-rəsmi yiyələnib. Qohumunun şöbə müdiri təyin etdirməsi onun mövqelərini möhkəmləndirib.

90-cı illərin ortalarından bu vaxtadək V.Zeynalov bu sahəyə ayrılan büdcə vəsaitlərinin xərclənməsinə qeyri-rəsmi olaraq nəzarət edib. Məhz qohumunun bilavasitə iştirakı ilə Bakının mənzil kommunal təsərrüfat sahəsi birbaşa V.Zeynalovun müəyyən etdiyi qaydalara uyğunlaşdırılıb.

Onun Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulmasının əsas səbəblərindən biri də elə Bakı şəhəri mənzil kommunal təsərrüfatı sahəsinə ayrılan büdcə vəsaitlərinin istifadə olunmasında yol verilən ciddi pozuntular olub.

Çox keçmir ki, Rəfail Mehralıyev Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəis təyin edilir. Təbii ki, Zeynalovun çətiri altında bu istək reallaşıb.

Mənzil Kommunal Təsərrüfatı İdarəsinin fəaliyyət dairəsi kifayət qədər genişdir. Bura yol çəkilişi, məktəb və uşaq baxçaları, eləcə də digər sosial obyektlərin tikintisi və təmiri daxildir.

Ümumiyyətlə, mənzil kommunal təsərrüfatı sahəsinə büdcədən kifayət qədər böyük həcmdə vəsait ayrılır və Vidadi Zeynalov da Rabitə Nazirliyində MKT-a ayrılan pulların idarə olunmasında birbaşa iştirak edib.

Odur ki, hüquq-mühafizə orqanlarının Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfael Mehralıyevin də fəaliyyətini araşdırmasına ciddi zərurət var.

V.Zeynalovun həbsindən sonra R.Mehralıyev dayaqlarını itirib və onunla birlikdə həyata keçirilən maliyyə maxinasiyalarının hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürüləcəyindən narahatdır.

Mehralıyev özünü gedən proseslərdə günahkar bilmir və təlimat yerinə yetirdiyini yaxın ətrafına bəyan edir. Amma son hadisələrlə bağlı yoxlamalar içərisində dosyedə Mehralıyevin də işi keçir. Onunla bağlı yekun nə qərar veriləcəyi sual altındadır.

Vidadi Zeynalov məhz Əli Abbasov tərəfindən nazirliyə gətirilib. Bundan əvvəl isə, o, İqtisad Universitetində prorektor vəzifəsində çalışıb.

V.Zeynalov 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. Lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə işdən qovulub.

Bir müddət sonra isə V.Zeynalov gözlənilmədən Azərbaycan Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə təyin olunub. O zaman Universitetə Əli Abbasov rəhbərlik edib və o, nazir postuna təyin olunandan sonra V.Zeynalovu nazirlikdə yüksək vəzifəyə təyin edib.

Qeyd edək ki, MTN işi ilə əlaqədar həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın Aparat rəhbəri Vidadi Zeynalovla bağlı maraqlı bir çox faktlar yayılıb.

Həbs olunana qədər faktiki olaraq nazirlikdə qeyri-rəsmi əsas söz sahibinə çevrilmiş və nazirliyin “qara qutusu” adını daşıyan Vidadi Zeynalovun bütün adamlarının nəzarətə götürüldüyü bildirilir. Vidadi Zeynalov bu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünün var dövlətini artırıb. Vidadi Zeynalov Goranboy rayonunda “Gülüstan”, İsmayıllı rayonunda isə “Çaynik” adlı istirahət mərkəzləri tikdirib.

Goranboy rayonundakı “Gülüstan” istirahət mərkəzinə Vidadi Zeynalovun yaxın qohumu və həmkəndlisi, Yevlax rayon Kövər kənd icra nümayəndəsi Oqtay Məmmədov nəzarət etdiyi bildirilir. Bundan başqa Vidadi Zeynalovun Bakı şəhəri Qaraçuxur qəsəbəsində dəyəri milyonlarla ölçülən villası, Quba rayon Qəçrəş kəndində isə dəbdəbəli imarəti var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin Türkiyə, Gürcüstan və Yunanıstanda da mənzilləri mövcud olduğu da iddia edilir. Onun rayonlardakı bütün qovşaq rəislərindən hər ay “aylıq” aldığı və regionlarda qovşaqlara fiber kabel çəkilişləri köçürülən yüz min manatlarla vəsaitlərdən də özünə

faiz götürdüyü də iddia olunur. Vidadi Zeynalov köhnə ATS-lərin sökülməsi zamanı da milyonlarla dollar mənimsəyib. O da bildirilir ki, Vidadi Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla yeznə-qayındır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur. Bu biznes isə Bakıda fəaliyyət göstərən taksi şirkətlərinə avtomobillərin icarəyə verilməsidir.

Nazirliyin aparat rəhbəri qayni ilə birgə qurduğu yeni biznes çərçivəsində ölkəyə 50 yaxın bahalı avtomobil gətirdərək taksi xidməti ilə məşğul olan şirkətə icarəyə verib.

Həmin avtomobillərin hər birinə görə V.Zeynalovun adamları gündəlik olaraq 25 manat toplayırlar. Bu isə V.Zeynalova hər ay 40 min manata yaxın qazanc gətirib. Məlumatda iddia edilir ki, aparat rəhbəri ilə icra başçısı həmin maşınların alınması üçün 1,3 milyon manata yaxın xərc çəkiblər.

O da qeyd olunur ki, Vidadi Zeynalovun həbsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi içərisində geniş təmizləmələrə səbəb olacaq. Belə ki, illərdən bəri V.Zeynalovun himayəsində nazirlikdə “at oynadanlar”ın sonu çatıb.

Onlardan birinin də Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov olduğu da bildirilir. Qeyd olunur ki, V.Zeynalovun himayəsində “qaz vurub, qazan dolduran” A.Əsgərov son əməliyyatla 300 min manat əldə edib. Xüsusilə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun işdən azad olunması mətbuatın uzun müddətdir yazdıqlarının təsdiqi idi.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov və “Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov arasında kəskin mübarizə gedirdi.

“Aztelekom”la BTRİB-in birləşməsi ideyası ortaya çıxandan sonra tərəflərin savaşı daha da şiddətləndi. Hər iki şəxs birləşəcək vahid quruma rəhbərlik etmək niyyətində idilər və bütün imkanlarını səfərbər etmişdilər.

Amma reallıq ondan ibarət idi ki, M.Məmmədovla B.Hüseynov hakimiyyətdəki iki ayrı qrupların maraqlarına xidmət edirdilər. İndi hər iki rəhbər həbsdədir.

Azərbaycanın dövlətçilik və ölkə rəhbərliyinin iqtisadi siyasətinə zərbə vuran yüksək rütbəli bu məmurların ifşası prezidentin növbəti dəfə qanunsuzluğa yol verən vəzifəlilərə sərt şəkildə cavabı oldu.

Bu kuryoz və sensasiya doğuran hadisələrin içərisində isə MTN rəhbərliyinə yaxın və onun çevrəsində dövlətə qarşı cinayətlərə yol verən məmurların əməlləri rəsmi şəkildə isbat olundu.

Xatırladaq ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V. Zeynalovun vəzifəsindən azad olunması barədə də artıq əmr imzalanıb. Qeyd edək ki, V. Zeynalovun həbsinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun fəaliyyəti ilə əlaqəli olduğu bildirilir. B. Hüseynov da işdən çıxarılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.Bir müddət əvvəl V. Zeynalovun saxlanılması barədə məlumatlar yayılıb. RYTN-də çalışan daha bir neçə yüksək vəzifəli şəxsin saxlanılması barədə də məlumatlar var.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır - Rəfael Mehralıyev kimdir?

    Eldar Əzizov BŞİH-də korrupsiyanın kökünü qazıyır ...

    16-05-2019, 20:41

  • 
  • Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 oktyabr” əməliyyatının müdhiş sirri

    Akif Çovdarov və Vidadi Zeynalovla bitən “17 ...

    16-02-2017, 22:24

  • 
  • Vidadi Zeynalov Rabitə Nazirliyinin balansında olan obyektləri də özəlləşdiribmiş - SİYAHI

    Vidadi Zeynalov Rabitə Nazirliyinin balansında ...

    29-10-2015, 20:48

  • 
  • Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi - İstintaq gedir

    Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb ...

    30-10-2015, 15:29

  • 
  • Vidadi Zeynalov əfv edildi

    Vidadi Zeynalov əfv edildi ...

    6-04-2020, 17:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu