GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazir qardaşının arvadı: “Məni bu amansız kişilərin zülmündən xilas edin!”

Nazir qardaşının arvadı: “Məni bu amansız kişilərin zülmündən xilas edin!”

Tarix: 23-11-2015, 17:36 Bölmə :Ölkə Baxış: 0
Nazir qardaşının arvadı: “Məni bu amansız kişilərin zülmündən xilas edin!”

Prezident İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlıqlardan və bu xəbərdarlıqlara əhəmiyyət verməyən yüksək vəzifəlilərin məlum aqibətindən sonra, bəzi məhkəmə məmurları hələ də dövlət başçısının sözlərinə məhəl qoymayıb, öz qanunsuz, rüşvətxor və fırıldaqçı əməllərinə heç nədən və heç kəsdən çəkinmədən davam edirlər. Müdafiə naziri Zakir Həsənovun qardaşı Elşən Həsənovun keçmiş həyat yoldaşı Nailə Həsənova haqlı olaraq bəyan edir ki, o, təkcə nazirin qardaşları Elşən və Telman Həsənovların yox, həm də məhkəmələrdəki qanunsuzluqlarla üzləşib. Xanım Həsənova mətbuata müraciət etməklə həm də Azərbaycan cəmiyyətinin diqqətini köməksiz qalan, haqlı olsa da haqsızlıqla üzləşən bir qadının üzləşdiyi problemə bir daha cəlb etmək niyyətindədir. O, müraciətində yazır: “Mən keçmiş ərim Elşən Həsənovla 30 il bir yerdə yaşamışıq və 2014-cü ilin yanvar ayında rəsmən boşanmışıq. 2012-ci ildə bizim keçmiş ailə sürücümüz Məhəbbət Məhərrəmov məhkəmədə mənə və ərimə qarşı iddia qaldıraraq bəyan edib ki, Elşən ona “Hyundai” markalı avtomobili satıb, 2 il sonra onu aldatmaq yolu ilə geri alıb. Məhəbbət iddiasında tələb edib ki, mən ərimlə ona 14700 manat ödəməliyik. Həmin avtomobil mənim adıma olub, ancaq baş etibarnamə ilə mənim ərim ondan tam istifadə edib və Elşən də bunu məhkəməyə ünvanladığı cavab iddiası ilə təsdiqləyib, hətta onu da qeyd edib ki, Məhəbbətlə onu uzaqdan-uzağa tanıdığı Tahir tanış edib və avtomobili Məhəbbətə satmayıb. Təqribən iki həftə sonra Elşən məni də məhkəməyə verir və mənzili bölməyi, özünə 25 min manat, vəkilinə də əlavə 1250 manat ödəməyi xahiş edir. Həmin zaman məlum olur ki, birgə nikah dövründə əldə edilən “Novxanı 1603-Z”dəki bağ evimiz məhkəmə yolu ilə keçmiş ərimin qardaşı Telman Həsənovun adına keçib, ailə biznesimiz olan “Qala” ailəvi istirahət mərkəzi ərimin böyük qardaşı Eldar Həsənovun adına keçib, və “Bağlar 1 ev 2171B” ünvanında yerləşən evimiz həmin Eldar Həsənovun kürəkəni olan Cəfər Məmmədovun adına keçib, həmçinin evimizin ünvanı “Bağlar 2170D” yə çevirilir.

“Mənim razılığım olmadan - rəsmi arvadı ilə birgə istifadədə olan mülkiyyəti necə başqa adamın adına keçirmək olar” sualı ortaya çıxanda Elşən dərhal məni “ZAQS”dakı imzamın qondarma olması ilə ittiham etdi və rəsmi nikahımızın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etdi. Bir sözlə, mənim həyat yoldaşı kimi ümumi mülkiyyət hüququndan məhrum edilməyimi istəyirdi. O, bunu həm də ona görə edirdi ki, birgə mülkiyyətimizlə bağlı etdiyi qanunsuzluqlara görə cinayət məsuliyyətindən yayına bilsin. Ancaq məhkəmə bu iddianı qəbul etmədi”. Nailə Həsənovanın sözlərinə görə, bununla paralel olaraq məhkəmə Məhəbbətin şikayətini qismən təmin edərək, onun tərəfindən Məhəbbətə 7400 manat ödəməyini haqda qərar çıxarıb: “Mən məcburiyyət qarşısında qalıb məhkəmədə “Toyota” avtomobilimizin və “Qala Qrup”un gəlirlərinin bərabər bölüşdürülməsini və həmin pul hesabına Məhəbbətin xeyrinə çıxarılan məhkəmə qərarını icra etmək məqsədi ilə iddia qaldırdım və nəticədə məhkəmə 2013-cü ilin noyabr ayında iddiamı qismən təmin edərək həmin “Toyota” avtomobilinə görə Elşən Həsənov tərəfindən mənə 9440 manat ödənilməsini təmin etdi. Bu prosesi Elşən 3 il, iş Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Nəsibovun icrasına gedənə qədər uzatdı.Və bu müddət ərzində udduğum beş məhkəmə qərarının üstündən xətt çəkən və birgə nikah dövründə əldə edilən əmlaklara hüquqlarımı ləğv edən hakim Nazim Nəsibovun hakimlik usulu Azərbaycan cəmiyyəti üçün açıqlanmalıdır. Belə ki, Elşən fırıldaqçı əməllərini ört-basdır etmək üçün nikahın ləğvinə nail ola bilməyəndən sonra yeganə çıxış yolunu bütün mümkün üsullardan, həm doğru, həm də yalan məlumatlardan istifadə edərək mənim ümumi mülkiyyətimizə olan hüquqlarımı birdəfəlik ləğv etməyə çalışır. Nəhayət, məhkəmədə çox utancverici halda bəyan edir ki, guya 2003-cü ildən mənimlə birgə yaşamır, 2006-cı ildən isə Yuliana adlı bir qadınla yaşayır”. Nailə Həsənova bu iddianı da alt-üst edən kifayət qədər faktlar təqdim edir: “Məsələn, biz bir yerdə ərizə ilə müraciət edib 2005-ci ildə xarici pasport, 2008-ci ildə Şengen vizası. 2010-cu ildə yenidən xarici pasportumuzu birgə almışıq. Bundan əlavə, məhkəməyə 40-dan artıq birgə fotolar və videolar təqdim edilib. Bizim ər və arvad kimi bir ailə olduğumuzu sübut edən ən tutarlı fakt isə hələ 2014-cü ilədək birgə nikahda olmağımızdır.

Elşən Həsənov bu qədər tutarlı, təkzib olunmaz sübutlara baxmayaraq, guya 2006-cı ildən qohumları Cəfər Məmmədovun evində Yuliana adlı qadınla yaşadığını bildirməkdə davam edirdi. Ancaq araşdırma zamanı məlum olur ki, Cəfər Məmmədov Elşən Həsənov ilə yalnız 2008-ci ildə qohum olub. Bu fakt və bizim 2007-ci ildə Ukraynaya, 2008-ci ildə Çexiyaya və başqa yerlərə birgə səfərlərimiz də nəzərə alınan digər məhkəmə işində Elşənin ifadələri yalan hesab edilib. Bundan əlavə, 2008-2011-ci illərdə bizim ailəmizi yaxından tanıyan, sonradan “Hyundai” avtomobilinə görə ödəniş etməli olduğumuzu iddia edən Məhəbbət özü də ifadəsində göstərib ki, onun əsas işi Elşən Həsənovun ailə üzvlərini, yəni Nailə Həsənova və qızını evə, məktəbə və digər yerlərə aparmaq olub. Bu azmış kimi, Elşən özü isə təsdiqləyib ki, adı çəkilən avtomobil həyat yoldaşı Nailə Həsənovanın adına alınıb və ilkin ödəniş olaraq onu tərəfindən 6950 manat ödənilib. Bununla da avtomobilin birgə təsərrüfatımızda olduğunu təsdiqləyib. Birgə nikahda olduğumuzu və birgə yaşadığımızı məntiqi və hüquqi cəhətdən təsdiq edən daha bir fakt isə, 2012-ci ildə Elşən Həsənovun ilk məhkəmə işini başlayaraq “birgə yaşayış dövründə əldə etdiyimiz mülkiyyətin bölüşdürülməsi” iddiasını qaldırmasıdır”. Ardınca ağılasığmaz hadisə baş verir: “Elşən məhkəməyə uzaqdan-uzağa tanıdığı-yuxarıda adı qeyd olunan Tahiri, 2006-2010-cu illərdə məhbus həyatı yaşayan Faiqi və naməlum taksi sürücüsü Natiqi gətirir. Onlar hamısı eynilə bəyan edirlər ki, Elşən Yuliana ilə guya ki, 2006-cı ildən birgə yaşayır. Ən təəccüblüsü odur ki, Sumqayıt məhkəməsi artıq bir dəfə, 2013-cü il 4 noyabr qərarında Elşənin uzaqdan- uzağa tanıdığı Tahir və taksi sürücüsü Natiqin 2013-cü ildəki , “Elşənin son 2 ildə Yuliana ilə birgə yaşadığı” haqda etdikləri şahidliyi əsassız hesab etmişdi. Bu “şahidlərin” ifadələrindən sonra mən Sərhəd Xidmətindən arayış təqdim etdim, Bu arayışda, Qazaxıstan vətəndaşı olan Yuliana Nedosekovanın Azərbaycana ilk gəlişinin 2012-ci ildə olduğu bildirilir. Məhz həmin arayışa istinad edərək mən məhkəmədən həmin “şahidlər”in yalan ifadə verməyinə görə inzibati məsuliyyətə cəlb olunmalarını xahiş etdim. Lakin Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Nəsibov iclası təxirə salaraq, növbəti iclasda mənim şahidlərimi qəbul etməkdən imtina edib. Bu azmış kimi, məhkəmə Elşənin uzaqdan-uzağa tanıdığı Tahirin, keçmiş məhbus Faiqin və taksi sürücüsü Natiqin ifadələrini “mənim 2006-cı ildən ərimlə birgə yaşamadığımı təsdiq edən sübut kimi” qəbul edir və mənim təqdim etdiyim heç bir sənədi, şəkiləri, videoları birgə yaşadığımızı təsdiq edən əsaslı sübut kimi qəbul etməyərək, birgə nikah

dövründə əldə edilmiş əmlaklara olan hüquqlarımı ləğv edir Mənim, “Məhkəməyə bizim ər-arvad olmağımızı sübut etmək üçün daha nə lazımdır, anlaya bilmirəm” sualına hakim belə cavab verib: “Mənim sizə yazığım gəlir, siz bu işdə haqlısınız, ancaq mənə elə adamlar elə yerdən zəng ediblər ki, onlara imtina edə bilmərəm”. Mən bilirəm ki, hakim məhz Elşənin nazir qardaşı Zakir Həsənovu nəzərdə tuturdu. Ancaq həmin hakim qətiyyən nəzərə almırdı ki, mən bir Azərbaycan qadınıyam, iki övladımla köməksiz vəziyyətdə qalmışam, şərlənmişəm, on illərlə birgə yaşadığım ərimin uydurma ittihamlarının qurbanına çevrimişəm. Ən ağrılısı isə odur ki, 30 illik nikah və birgə həyatdan sonra, iki ovladım ilə, evimdən qovularaq birgə qazandiğimiz mülkə görə hələ ödəməli olduğum pullar və digər problemlər uzaqdan-uzağa ərimin tanışı olan Tahir, yaxın keçmişdə məhbus olmuş Faiq və taksi sürücüsü Natiqin ifadəsinə əsaslananlara görə oldu. Müdafiə nazirimizin də qardaşı üçün göstərdiyi səyləri üzərinə gəlin. Sonuncu ədalət ünvanı olan və heç kəsin işinə müdaxilə edə bilmədiyi məhkəmələrdə haqlı olduğunuz və sahib olduğunuz bütün hüquqlarınız əlinizdən alınıb, mənimlə alçaqcasına rəftar edirlər. Və siz Azərbaycan qadınısız... “ Nailə Həsənova üzləşdiyi dəhşətli haqsızlığa çarə tapılması üçün artıq keçmiş həyat yoldaşının nazir qardaşı Zakir Həsənova onu qəbul etməsi üçün müraciət ünvanlayır. Xanımın ərizəsinə 2015-ci il oktyabrın 6-da nazirliyin hüquq idarəsinin rəisi Rauf Kişiyevin imzası ilə cavab göndəriliub. Orada qeyd edilir: “Ərizənizə cavab olaraq bildiriəm ki, qeyd etdiyiniz məsələ mülki mübahisə xarakterli olduğu üçün baxılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir". Görünür ki, ötən illərdə Nailə xanımla dəfərələrlə bir stol arxasında oturan Zakir Həsənovun qardaşına bir Azərbaycan qadınını başqa millətdən olan bir xanıma qurban verməməyi xahiş etməyə, hətta əmr etməyə ixtiyarı çatardı. Əfsus ki, Zakir Həsənov bu gün onun qardaşının övladlarının anası olan xanımı yox, qondarma şahidlərin ifadələri vasitəsilə həmin xanımı ev-eşiyindən didərgin salan qardaşının tərəfindədir... Axı, Azərbaycan qadını həmişə yaxşı hər şeyə layiq olub, Nailə xanım kimi bir dəstə kişinin qanunuzusluğu ilə üzləşməsinə yox!

Nailə Həsənova sonda bir daha Mehriban Əliyevaya müraciət edir: “Xahiş edirəm, məni bu amansız “kişilərin” qanunzus əməllərindən qoruyun!” P.S. Bütün yuxarıda qeyd olunan faktlar və məlumatlara baxmayaraq, noyabrın 13-də Ali Məhkəmənin hakimi Məhparə Əhmədovanın sədrliyi ilə keçirilən iclasda Nailə Həsənovanın ilkin şikayəti rədd edilib və ayın 17-də keçiriləcək növbəti iclasda, mənin həyat yoldaşı kimi birgə mülkə və digər hüquqlarımı ləğv edən öncəki məhkəmə qərarlarını qüvvədə saxlayacığını aşkar şəkildə nümayiş etdirib: “Nə qədər ki, müdafiə naziri Zakir Həsənov bu məhkəmə işlərinin artıq aktiv iştiraksıdır, bu işlərdə ədalətli qərar gözləməyin” şərhlərindən sonra, bu işin ədalətli həlli üçün Avropa Məhkəməsinə müraciət etməyimizdən başqa çarəmiz qalmır. Amma Azərbaycan dövlətinin imicinə xələl gəlmənəsi üçün mən az da olsa son anda ədalətin qalib gələcəyinə ümid edirəm. Ümid edirəm ki, prezident İlham Əliyev müdafiə naziri Zakir Həsənovu qardaşını qanunsuz əməllərdən çəkindirməyə sövq edə biləcək. Görəsən, müdafiə naziri özü Azərbaycan dövlətinin imicinə xələl gəlməsini istəyirmi?...

P.P.S. Müdafiə nazirinin qardaşının keçmiş həyat yoldaşı Ali Məhkəmə sədri Ramiz Rzayeva isə belə bir müraciət edib: “Ədaləti qoruyun, haqsızın haqlıya qarşı yalanı, gücü və cəzasızlığı ilə məhkəmələrdə qalib gəlməyinə biganə qalmayın, buna imkan verməyin!”.

Avropa Məhkəməsinə şikayət etməzdən əvvəl Azərbaycan vətəndaşı kimi bir qadının başına gətirilən müsibətləri öncə prezident İlham Əliyevin diqqətinə çatdırmaq istəyirəm. Mən bunu həm də bəzi Avropa ölkələrinin Azərbaycana qarşı qərəzli mövqeyini nəzərə alaraq edirəm. Bu fərdi bir ailə dramı deyil, bir qadına münasibətdə qanqaraldıcı haldır. Çünki bir qadın qarət edilərək küçələrə atılıb və bu zaman öyrədilmiş, bu işə dəxli olmayan adamların ifadələrindən istifadə edilib. Bir qadın təkcə keçmiş ərinə borc ödəməyə məcbur edilməyib, o həm də bütün hüquqlarından məhrum olunub. Bunu nəzərə alaraq Azərbaycan vətəndaşlarından xahiş edirəm ki, mənim haqq səsimi dövlət başçısına çatdırmaq üçün petisiyada iştirak edəsiniz. https://secure.avaaz.org/ru/petition/Prezidentu_Azerbaydzhanskoy_Respubliki_Ilhamu_Alievu_Podderzhka_zakona_i_spravedlivosti_v_dele_NGasanovoy_protiv_Zakira_/?nirqUjb

Nəzərə alın ki, bu gün Nailə Həsənovanın başına gələn qanunsuzluqlarla hər bir qadın üzləşə bilər.

Hüseyn
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Zakir Həsənovla Kərəm Həsənovun məhkəmə çəkişməsi başlayır

    Zakir Həsənovla Kərəm Həsənovun məhkəmə çəkişməsi ...

    19-07-2014, 14:03

  • 
  • Eldar Həsənovun qardaşının adı səs-küylü cinayət işində

    Eldar Həsənovun qardaşının adı səs-küylü cinayət ...

    13-10-2014, 15:09

  • 
  • Kənd sakinindən Zakir Həsənova: "Cənab nazir, icazə versəydiniz..."

    Kənd sakinindən Zakir Həsənova: "Cənab ...

    27-04-2016, 23:11

  • 
  • QİSAS YANĞISI: ƏLİ HƏSƏNOVUN TROLLARI

    QİSAS YANĞISI: ƏLİ HƏSƏNOVUN TROLLARI ...

    6-02-2020, 13:47

  • 
  • Hüquq müdafiəçisi saxlanılıb

    Hüquq müdafiəçisi saxlanılıb ...

    6-03-2019, 13:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu