Hüquq müdafiəçisi Elşən Həsənov bu gün səhər polisə çağırılıb. Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisnin həyat yoldaşı bildirib.
Onun sözlərinə görə, səhər saatlarında o, telefonla həyat yoldaşına polisdə olduğunu bildirib.
Həyat yoldaşı hazırda Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin qarşısındadır və Həsənovun orada olduğunu bildirib.
“Lakin həyat yoldaşım Elşən Həsənovun saxlanılmasının səbəbləri ilə bağlı mənə məlumat vermirlər,” o Amaeikanın Səsinə bildirib.
İki gün öncə Elşən Həsənovun koordinatoru olduğu Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını elan edib, saxlanma yerlərində və cəzaçəkmə müəssisələrində işgəncələr barədə sənəd açıqlayıb.
E.Həsənov bundan öncə 2011-ci il aprelin 2-də etiraz aksiyasında iştirak etdiyinə görə 2 il azadlıqdan məhrum edilib.
Polis Həsənovun saxlanılması ilə bağlı məlumata hələ münasibət bildirməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?