Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytı baş vermiş insidentlə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir:
“Türkiyə hava səmasına daxil olan və hansı ölkəyə aid olduğu bilinməyən təyyarə edilən bütün xəbərdarlıqlara baxmayaraq hava məkanımızı kobud şəkildə pozub. 5 dəqiqə içərisində 10 dəfə xəbərdarlıq etsək də, təyyarə uçuşlarına davam etdi. Nəticədə, “F-16”-lar vasitəsilə həmin təyyarəyə müdaxilə etdik”.
Rusiya tərəfi isə təyyarənin Türkiyə hava məkanını pozmadığını bildirib:
“Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Bunu detallarına qədər sübut edəcəyik. Təyyarəmiz Suriya sərhədləri boyunca uçurdu və Türkiyə səmasına daxil olmayıb”.
Baş vermiş hadisə ilə bağlı NATO-dan da açıqlama gəlib:
“Vəziyyəti diqqətlə izləyirik. Türk rəsmiləri ilə yaxın təmasdayıq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?