Rusiyaya məxsus vertolyot Gürcüstanın hava məkanını pozub. Bu haqda Gürcüstan Müdafiə Nazirliyinin rəsmisi məlumat verib. Səlahiyyətli şəxs Rusiyaya məxsus vertolyotun Cənubi Osetiyadan keçərək Gürcüstan sərhədlərini pozduğunu bildirib. Gürcüstan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, Rusiya daha əvvəl də Gürcüstanın hava məkanını pozmuşdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?