25 noyabr tarixində Türkiyədə rəsmi səfərdə olacağı gözlənilən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, səfərini ləğv edib. gundemxeber.az xəbər verir ki, Türkiyə sərhədini pozan Rusiyaya aid SU-24 hərbi təyyarəsi Türkiyə tərəfindən məhv edilib.
Hadisədən sonra Sergey Lavrovun Türkiyə səfərinin ləğv edildiyini barədə məlumatlar yayılıb. Rusiya prezidenti Vladimir Putin isə hadisədən sonra təcili iclas keçirib. Putin bunları deyib: "Təyyarəmiz Türkiyəni təhdid etməyib və Türkiyə sərhədindən 1 km aralıda olub. Təyyarələrimiz İŞİD-ə qarşı əməliyyat aparırdılar".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?