"Baş vermiş hadisə terrorizmlə adi mübarizə çərçivələrindən kənara çıxır. Təbii ki, hərbçilərimiz terrorla qəhrəmancasına mübarizə aparır, ölümdən qorxmurlar. Amma bugünkü itkimiz terroru dəstəkləyən insanların kürəyimizə sapladığı xəncərdir. Baş verəni başqa cür səciyyələndirə bilmirəm".
Milli.Az Gazeta.ru-ya istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə HHQ tərəfindən Rusiyanın Su-24 qırıcısının Suriya-Türkiyə sərhədi yaxınlığında vurulmasını belə dəyərləndirib.
V.Putinin dediyinə görə, Rusiyanın təyyarəsini Türkiyənin F-16 qırıcısı vurub: "Təyyarəmiz Türkiyəni təhdid etməyib və Türkiyə sərhədindən 1 km aralıda olub. Təyyarələrimiz İŞİD-ə qarşı əməliyyat aparırdılar".
Rusiyanın dövlət başçısı daha sonra bildirib ki, Su-24-ün Türkiyə tərəfindən vurulması Moskva və Ankara arasındakı münasibətlərə çox ciddi təsir edəcək.
Vladimir Putin İordaniya kralı 2-ci Abdulla əl Hüseyn ilə görüş əsnasında daha sonra deyib: "Bugünkü cinayətlərin törədilməsinə əsla dözən deyilik. Rusiya həmişə Türkiyəyə qonşu dövlətlə yanaşı, dost ölkə kimi yanaşıb. Bunun kimə gərək olduğunu bilmirəm. Hər halda bizə gərək deyildi".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?