ABŞ dövlət katibi Maykl Pompeo dekabrın 21-də İran xalqını qışın gəlməsi və ilin ən qısa günü münasibətilə təbrik edib.
Gundemxeber.az bildirir ki, bu barədə Pompeo özünün “Twitter” mikrobloqunda yazıb: “Məğrur İran xalqı bu gün ən uzun gecəni və işığın zülmətə qalib gəlməsini qeyd edir. Onlara rifah və azadlıq arzu edirəm”. Tvitinin sonunda amerikan dövlət katibi dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirindən sitat gətirir, lakin nəyə görəsə onu “fars şairi” adlandırır.
Amerikalı siyasətçinin tviti sosial şəbəkələrin Azərbaycan seqmentində səs-küylə qarşılanıb və narazılığa səbəb olub. Belə ki, İranın elmi cəmiyyətlərinin və bu ölkənin hakimiyyətinin iddialarına rəğmən, dünyanın elmi elitası Nizami Gəncəvini Azərbaycan şairi kimi tanıyır.
Böyük türk şairi öz dövrünün bir çox Şərq şairləri kimi, əsasən Şərq ədəbiyyatının klassik dili sayılan fars dilində yazıb, lakin Gəncə şəhərində yaşayıb və yaradıb./Virtualaz.org
Sorğu
Yeni dizaynımız necədir?