Sabunçu qəsəbəsində intihara cəhd hadisəsi baş verib.
gundemxeber.az-ın məlumatına görə, teleqraf.com xəbər verir ki, Bakıxanov qəsəbəsində yaşayan Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Fərqanə Abbasova Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, ev 14 ünvanında yaşayan, 1985-ci il təvəllüdlü İlahə Mustafayevanın evinə gəlib.
O, həmin vaxt İlahə Mustafayeva ilə mübahisə edib. Mübahisə zamanı Fərqanə Abbasova bıçaqla özünə çoxsaylı xəsarətlər yetirib. O, qarın boşluğundan aldığı xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumata görə, gənc qızlar arasında mübahisə oğlan üstündə baş verib. Fərqanə Abbasovanın sevdiyi oğlanla sonradan İlahə Mustafayevanın münasibəti yaranıb. Bu münasibətdən sonradan Fərqanə xəbər tutaraq, onun evinə gəlib və özünə xəsarət yetirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?