Müğənni Hadisə Türkiyə mediasına həyatındakı önəmli məsələlər haqda açıqlamalar verib.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, işləyərək həm xoşbəxt olduğunu, həm də dincəldiyini deyən 30 yaşlı ifaçı bütün işləri eyni anda necə çatdırması haqda danışıb:
"Doğru planlaşdırmayla həm konsertləri, həm "O səs Türkiyə" çəkilişlərini, həm də siması olduğum marka kolleksiyasının işlərini çatdıra bilirəm".
Hadisə münsiflər heyətində onunla yanaşı oturan həmkarı Murad Bozla arasındakı sevgi dedi-qodularına aydınlıq gətirib:
"Verilişdəki mübahisələrimiz, proqramın duzu-istiotudur. Amma hər şey orada da qalır. Hamımız dostuq və bir-birimizə hörmətimiz, sevgimiz var. Yarış başlayandan bu yana hər mövsüm Muradla sevgili olma xəbərlərimiz yayılır və hər dəfə də buna eyni cavabı veririk. Gözəl dostluğumuz var. Bu, ekrandan da görünür. Bundan ayrı aramızda xüsusi münasibət yoxdur".
Özünün "dişi Tarkan" kimi adlandırılması haqda isə Hadisə belə deyib:
"Tarkan dinlədiyim və hörmət etdiyim bir sənətçidir, amma özümü kiminləsə eyni görmürəm. Mən Hadisəyəm və özümlə də yarışıram. Tək dərdim hər işimdə əvvəlkindən daha yaxşı olmağa çalışmaqdır. Məşhur olmağımın heç bir narahatlığı yoxdur. Xəyallarımı həyata keçirdiyim zamanda "bunlardan sıxıldım" desəm, insafsızlıq olar".
Ulduz müğənni çəkisinin tez-tez dəyişməsi barədə də danışıb: "Çəkimin dəyişməsinin bu qədər müzakirə olunmasına təəccüblənirəm. İnsanlar arıqlayır, kökəlirlər - bu çox normaldır. Bu mövzuda gənc qızlara və qadınlara məsləhətim budur: aynaya baxanda gördüyünüzdən xoşbəxtsinizsə, heç bir problem yoxdur. Kimin nə dediyini vecinizə almayın. Mən belə edirəm".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?