"Bursaspor"un baş məşqçisi Mutlu Topçu açıqlama verib.
gundemxeber.az goal.az-a istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi açıqlamasında yeni transferləri olan U-21 millimizin üzvü Ozancan Kökçüdən də danışıb:
"Transfer çalışmalarımızı davam etdiririk. Və bunun nəticəsini də görürük. Gələcəyimizi təmin etmək üçün indidən işlər görməliyik. İndidən gələcəyə yatırım etməliyik. Bu mənada Ozancan Kökçünün transferi işimizə yarayacaq. O, bir çox klubların transfer siyahısında yer almışdı. Seçim üçün futbolçunun ailəsi ilə görüşdük. Həm "Bursaspor"u, həm də bazamızı tanıtdıq. Nəticədə seçimini bizdən yana etdi. Qısaca, yaxşı bir oyunçu qazandığımızı düşünürəm. O, həm "Bursaspor'a həm də Türkiyə futboluna böyük fayda verəcək".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?