GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Anar Əkrəm Əylislini necə təbrik etdi?

Anar Əkrəm Əylislini necə təbrik etdi?

Tarix: 7-12-2012, 17:27 Bölmə :Ölkə Baxış: 1 168
Anar Əkrəm Əylislini necə təbrik etdi?

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar digər xalq yazıçısı Əkrəm Əylislini 65 illiyi münasibəti ilə təbrik edib. Amma təbrik məktubu 5 il əvvəl – Əkrəm Əylislinin 60 illiyi münasibətilə yazılıb və o zaman çap olunub. Bu dəfə Anar eyni məktubu təkrar çap etməyinə sonda yazdığı “P.S.” vasitəsi ilə aydınlıq gətirib.

Məktubu olduğu kimi dərc edirik.

Əzizim Əkrəm! Köhnə dostum, təzə «düşmənim» Əki bala!

Sənin 50 illiyini ürəkdən təbrik edirəm. Bilirəm, əlli yox, 60 yaşın tamam olur. Ulu Tanrıdan diləyirəm ki, 70, 80, 90 yaşına çatasan və qismətim olsa, ömür möhlət versə, o yubileylərini də görüm. Amma bu gün 50 yaşından söz açarkən on il əvvəlki günlərə qayıtmaq istəyirəm, sənin yarıməsrlik yubileyini birlikdə, dostluq, səmimiyyət və fərəh içində keçirdiyimizi, səni televiziya ekranından təbrik etdiyimi xatırlayıram. Xəyalən o ilə və daha öncəki illərə dönürəm. Bir də ona görə ki, sovet rejiminin bəxtimizə və vaxtımıza düşən çətin dövrləri – ömrümüzün bəlkə də ən gözəl çağı idi, əlbəttə, şəraitə, mühitə, yaşadığımız cəmiyyətin xüsusiyyətlərinə görə yox, ona görə ki, cavan idik, gəncik, ümidlərimiz bol, xəyal qırıqlığımız az idi, inandıqlarımız da hələ kasadlaşmamışdı. Təbii ki, o rejimlə, o quruluşla barışa bilməzdik və barışmırdıq. Təbii ki, məhdud imkanlarımız daxilində barışmadıqlarımızla mübarizə aparırdıq. Əsl ədəbiyyat uğrunda, ədəbi dəyərlər uğrunda, yəni həqiqət uğrunda, mənəviyyat uğrunda mübarizə aparırdıq – deməli, doğrudan da rəsmi ideologiyaya, sosializm realizmi deyilən əcaib-qəraib bir anlayışa qarşı müxalifətdə idik, son nəticədə bizi «antisovet» damğasıyla çuğullayanlar əsla yanılmırdılar. İndi o çuğulların mənəvi varisləri başqa adla yenə həmin ədəbi mübarizəsini və bu mübarizənin ədəbi mətnlərdə həkk olunmuş bəlirlərini, izlərini yaddaşlardan büsbütün silib atmağa cəhd edirlər. «Dünən heç nə olmayıb. Hər şey bizdən başlayıb» fikrini beyinlərə pərçim etmək istəyirlər. «Heç kəs yoxdur, heç kəs olmayıb. Biz varıq «yalanını şüurlara yeritmək istəyirlər. Necə deyərlər, «At öləndə itin bayramıdır».

Bu günün senzorsuz qəzet pəhləvanlarının o dövrdə hər dürüst sözə, hər cəsarətli fikrə qarşı necə həmlələr, hücumlar, danoslar olduğundan xəbərləri varmı?

Sənin «Azərbaycan»da, Yusifin «Ulduz»da, mənim «Qobustan»da nələr çəkdiyimizi, hansı müqavimətlərlə qarşılaşdığımızı təsəvvür etməyə qabildilərmi? «Azərbaycan» – ədəbiyyatımızın əsas ağırlığını daşıyan jurnal idi, onun səhifələrində çap olunmaq istəyən nüfuzlu və nüfuzsuz qrafomanların sayı da çox, mövqeləri də daha mötəbər idi, yazıları qaytarılmış cızma-qaraçıların «qaraçılığı» da daha hay-küylüdü. Odur ki, sənin mübarizən, Əkrəm, daha ağır, daha üzücü idi. Bunu etiraf etmək vicdan və tarix borcumuzdur. Bu mübarizələrdə sənin «Azərbaycan»ını da, nəsrini, dramaturgiyanı da həm yazılı, həm şifahi şəkildə, həm Moskva, həm Bakı mətbuatında həmişə təbliğ və lazım gələndə müdafiə etmişəm. Güman edirəm ki, indiki yaddaşsızlıq dövründə hər halda bunları xatırlayan tək-tüklər tapılır. Tapılmasa da, nə qəm. Deyir «Balığı at dəryaya, balıq bilməsə də xalıq bilər». Xalıqa, Allaha, Tanrıya sözdə yox, ürəkdə inananların isə insafı olmalıdır. Axı bu da çoxdan məlumdur ki, «insaf dinin yarısıdır».

Yuxusuz gecələrimdə, gündüzlərimin macalsızlığında tez-tez o illəri, günləri anıram: Vaqif küçəsində (məhz küçədə) ilk tanışlığımızı, sonra elə həmin küçədəki mənzillərimizi – sənin və mənim mənzillərimizi. İkimizin də mənzillərimizin qapıları gündüzün və gecənin hər saatında bir-birimizin üzünə açıq idi. Yadındadır, bir gecə – saat ikiydimi, üçiydimi – qapımızı döydün. Şəhərin hansı parkından, bağındansa bir ağacın iri budağını qoparıb gətirmişdin. «Bu şəhərdə mənim yeganə dostum bir sənsən, bir də bu ağacdır», – dedin. Bu sözləri unutmamışam. Mən də: – Bəs dostunun budağını niyə qoparmısan? – dedim.

Bu yaxınlarda həmin epizodu sən də xatırladın. «Anarın evinə yaşıllıq, həyat gətirmək istəyirdim» – deyə yozdun və yazdın. Mənim evimin nə əlavə həyata ehtiyacı var, nə də hərfi, ya məcazi mənada yaşıllığa. Bu şikəst olmuş ağacın budağı mənə yalnız sənin o vaxtkı səmimi (hər halda mənə elə gəlirdi) münasibətinin rəmzi kimi qiymətlidir.

İndi, maşallah, təzə dostların, yan-yörəndə hərlənənlər çoxdur, necə deyərlər, Allah artıq eləsin. Amma inanmıram ki, özlərini sənə yaxın bilənlərin hər hansı birinin evinə gecə saat üçdə qoparılmış budaq gətirəsən və o vaxt mənə dediyin o sözləri də kiməsə söyləyəsən. Bu – bizimdir, sənin və mənim, yaşanılmış və o vaxt həqiqiliyinə inandığımız dostluğumuzun rəmzi, başqalarına qəribə, əcaib görünə biləcək təzahürüdür.

Bakıda, Zuğulbada, Moskvada, Leninqrada, Batabatda, Nehrəmdə, Əylisdə, Göyçayda, İsmayıllıda, Mövludgilin kəndində keçirdiyimiz xoş günlər, məzəli məqamlarla, mübahisələrlə dopdolu saatlar – bizimdir. Hər halda – mənimdir, mənimçün əzizdir, unudulmazdır, əlimdən, yaddaşımdan, ömrümdən alınmazdır. Və məhz bu – ötən illərdəki ünsiyyətimiz, çox az adama ürək açmaq mümkün olduğu qorxulu dövranlarda məhrəm söhbətlərimiz, hər təzə yazını ilk dəfə mənə oxumağın, hər yeni yazımı ilk dəfə sənə oxumağım, kəsdiyimiz duz-çörək, bəli, məhz bütün bunlar – sonrakı illərdə mənə qarşı hücumlarına, atmacalarına bir dəfə, bircə dəfə belə cavab verməməyimin yeganə səbəbidir.

Özümə söz vermişdim ki, bu «yubiley yazısında» heç bir umu-küsüyə yer verməyim, amma qələmimdən qeyri-ixtiyari süzülən bu «gileyi» də pozmayacam – çünki bu da həqiqətdir, acıdan-acı gerçəklikdir.

Əlbəttə, yubiley günlərində yazıçının əsərlərindən, ədəbi xidmətlərindən danışarlar. Mən həmin bu işi yubileysiz günlərdə çox eşitmişəm – Moskva və Bakıda çap etdirdiyim məqalələrdə, esselərdə, təqdimatlarda. Özümü təkrar etmək istəmirəm. O yazılarda sənin povest və hekayələrinə verdiyim yüksək qiyməti bir daha təsdiq edə bilərəm. İndiyə qədər yazdıqlarımın bir sətrindən belə imtina etmədiyim kimi, bu mətnlərin də bircə cümləsindən, sözündən, fikrindən imtina etmirəm və heç bir vaxt – nə olur-olsun, etməyəcəm. Heç nəyin peşmançılığını çəkmirəm – nə inandıqlarımın, nə yanıldıqlarımın.

Əsas da budur, Əkrəm. Bütün qalan şeylər ötəri, köçəri məsələlərdir. Bizdən bir şey qalacaqsa, atmacalarımız, sancmalarımız, giley-güzarımız, qarşılıqlı anlaşılmazlıqlarımız, çeşidli aravuranların ara sözləri yox, bədii mətnlər qalacaq.

İndiyə qədər yazdıqların və həqiqi ədəbiyyatımızın dəyərli tərkib hissəsi olan əsərlərin üçün sənə yenə də minnətdarlığımı bildirirəm. Əbədi ötüb keçmiş gəncliyimiz üçün qəribsəyirəm. Gələcəkdə də qiymətli əsərlər yaradacağına inanıram. Sənə yeni uğurlar, cansağlığı, uzun ömür diləyirəm. Ailənə, sənə sözdə və üzdə yox, qəlbən, ruhən yaxın olanların hamısına səadət arzulayıram. Ad gününü bir daha təbrik edirəm.

ANAR

P.S. Bu mətn on beş il bundan qabaq Əkrəm Əylislinin 60 illiyi münasibətilə yazılıb. Onu olduğu kimi təkrar çap etməyimin səbəbi var. Əvvəla, hansısa yazdığım heç bir yazımdan imtina etməmişəm, etmirəm.

İkincisi, bu keçən on beş il ərzində Əkrəm mətbuatda mənim əleyhimə ancaq və ancaq mənfi fikirlər söyləyib. Odur ki, yeni yazı yazsaydım, gərək onlara bir-bir cavab verəydim. Bu isə artıq yubiley təbriki olmazdı.

Əkrəmi 75 yaşı münasibətilə təbrik edirəm, ona möhkəm can sağlığı, uzun ömür arzulayıram.
Bütün naqis hisslərdən təmizlənmiş bir ürəklə yaşanılacaq uzun ömür!..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Filippin Prezidentini təbrik edib

    İlham Əliyev Filippin Prezidentini təbrik edib ...

    11-06-2016, 20:07

  • 
  • Putindən İlham Əliyevə təbrik məktub

    Putindən İlham Əliyevə təbrik məktub ...

    23-12-2014, 14:02

  • 
  • Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

    Prezident İlham Əliyev əlcəzairli həmkarını ...

    31-10-2015, 19:43

  • 
  • İlham Əliyev Portuqaliyanın yeni prezidentini təbrik edib

    İlham Əliyev Portuqaliyanın yeni prezidentini ...

    18-02-2016, 20:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu