Nardaran camaatı hüquq-mühafizə orqanları ilə danışığa hazırdır.
Bu barədə APA-ya açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, kənd camaatı yaranmış vəziyyətlə əlaqədar hüquq-mühafizə orqanları ilə danışıqlar aparmağa hazırlaşır: “Biz qərara gəldik ki, polis və prokurorluq əməkdaşları ilə görüşüb yaranmış vəziyyəti müzakirə edək. Yaxın saatlarda görüş baş tutacaq. Biz bir daha bəyan edirik ki, Nardaran camaatını təxribata çəkmək istəyirlər. Biz bu məsələnin şişirdilməsinin əleyhinəyik. Nardaran camaatı heç vaxt dövlətə qarşı çıxmayıb, çıxmayacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?