Abşeron Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhəri Hüseyn Arif küçəsi, 84 ünvanında qeydə alınıb.
1972-ci il təvəllüdlü Ağaşərif Tofiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində qardaşı, 1974-cü il təvəllüdlü Əbdülü bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən A. Hüseynov tutulub. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?