Bakı Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirləndirilən 1967-ci il təvəllüdlü Bayramov Əlifağa Həmiş oğlu barəsindəki verilimiş hökmdən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Report-un məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Ə.Bayramov ötən il fevralın 17-də qudasının qızı, 16 yaşlı N.M. (ad və soyad şərtidir) ilə zorla 3 dəfə cinsi əlaqədə olub.
O, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsi əməkdaşları tərəfindən həbs edilib. Hamilə qalan qız bu il mart ayında uşaq dünyaya gətirib.
Ə.Bayramov Bakı Ağır Cinayətlər Məhkəməsində 10 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?