Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadına işgəncə verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlinin yandırılması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin vaxt Aliyə Mansurova hamilə olub.
Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180-ci (quldurluq) maddələrinə tövsif edilib.
Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yeni dizaynımız necədir?