GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Delta Telecom”dakı yanğın işi necə baş verib -İlginc təfərrüat

“Delta Telecom”dakı yanğın işi necə baş verib -İlginc təfərrüat

Tarix: 1-12-2015, 13:37 Bölmə :Ölkə Baxış: 0
“Delta Telecom”dakı yanğın işi necə baş verib -İlginc təfərrüat

“Delta Telekom”un baş direktoru Ramazan Vəliyev müsahibəsində burda baş vermiş qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışıb.
R.Vəliyev öncə onu bildirib ki, yanğın hadisəsi yuxarı hissədə baş verməyib.

Sadəcə olaraq, aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Söhbət zamanı məlum olub ki, yanan avadanlıq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qoyulub: “Söhbət gedən avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki, biz o avadanlıqları təhvil verəcəyik. Əslində həmin avadanlıqlar təkcə ”Delta Telecom"da deyil, əməliyyat axtarış fəaliyyəti ilə əlaqədar olaraq bütün rabitə operatorlarında quraşdırılıb.Yanğın olan otaq yeni formada bərpa ediləcək. Bir sıra avadanlıqlar tamam söküləcək, tamamilə təmizlənəcək və bütün testlərdən keçiriləcək".

R.Vəliyev bildirib ki, bu ərazidə olan avadanlıqların bir hissəsi işlək vəziyyətə gətirilib. Əsas problem isə zalda olan avadanlıqların üzərinə tüstü qatı hopması və tüstü qatının kömür qatı yaratmasıdır: “Yanğın hadisəsi FİBER optik kabellərin olduğu hissədə baş verib. Nəticədə bütün FİBER optik kabellər zədələnib. Həmin gecə tüstü çox olduğuna görə işləmək, hətta nəfəs almaq mümkün deyildi. Lakin işçilərimizin qəhrəmanlığı nəticəsində problem qısa müddətdə aradan qaldırıldı. 600 cüt FİBER optik kabel gecə ilə digər zala köçürüldü və rezervlər işə salındı. Problem ondan ibarət idi ki, FİBER optik kabellərin bir-birinə calanması, qaynaq olunması tamamilə təmiz mühitdə həyata keçirilməlidir. Əks təqdirdə, müəyyən problemlər yaşana bilər. Bu tüstülü mühitdə dünyanın heç bir ölkəsində texniki işçiyə nə verirsən ver, işləməzdi. Bizim texniki işçilər həqiqətən də böyük qəhrəmanlıq edib, interneti 2-3 saat ərzində bərpa edə bildi”.

Milli İnternet Formunun rəhbəri Osman Gündüz “Delta Telekom”da baş verənlərlə bağlı yazıb. O.Gündüz yazısında başqa bir məqama toxunub: “Biz WhatsApp zənglərinə qoyulan qadağanı müzakirə edəndə məlum oldu ki, bu qadağa MTN tərəfindən ”Telekommunikasiya haqqında" Qanunun 39-cu maddəsinə uyğun olaraq ölkədə qurulan dinləmə və izləmə ilə bağlı nəhəng telekommunikasiya sistemi ilə əlaqəlidir. Yəni WhatsApp-ın zəng qadağası mobil operator və “Delta Telecom”luq deyildi, sadəcə, MTN-ə məxsus bu sistemdə WhatsApp trafikinə blok qoyulmuşdu. Bütün ölkələrdə əməliyyat-axtarış tədbirləri məqsədilə yaradılan və bizdə də qurulan bu tip alternativ telekommunikasiya sisteminin avadanlıqlarının, serverlərinin bütün provayderlərdə olduğu, bu sistemin MTN-ə məxsus əsas DATA Mərkəzinin isə “Delta Telecom”da yerləşdiyi bildirilirdi. Güman ki, idarəetməsi də MTN-də olub".

O.Gündüz həmçinin bu situasiyada ortaya çıxan suallardan da danışıb: “”Delta Telecom" həmişə elan edib ki, onun bütün sistemlərinin, giriş-çıxışının alternativi var. Varsa onda niyə alternativ işə düşməyib? Məlum idi ki, "Delta"nın bir-iki sərhəd regionlarında da alternativləri var, bəs onda niyə regionlarda da internet kəsildi? Bu nəhənglikdə “Delta Telecom”, Global dünyanın 4 - 5 yerindən, on min kilometrlerlə məsafədən ölkəyə internet gətirən 15 ilin şirkəti ən azı regionlardakı mərkəzləri ilə internet verə bilərdi axı, ən azı az həcmdə olsa da qısa müddətdə ölkədə internet təminatı yarada bilərdi axı. Bunlar isə baş verməyib. Şübhələnmək üçün əsaslar var ki, əslində orada tam başqa proseslər olub. Bəlkə yanğın məhz “Delta Telecom”dakı MTN-ə məxsus sistemdə və avadanlıqlarda, enerji təchizatında, bütün ölkənin 200 Gb/s sürətində informasiya trafikinə nəzarət edən MTN-ə məxsus serverlərdə olub və həmin sistemi sıradan çıxarıb?

Əgər belədirsə, onda hər şey aydındır, çünki mövcud qanunvericiliyə görə, internet ölkəyə “Delta Telcom”un Data Mərkəzindən keçəndən sonra məhz bu nöqtədən paylanmalıdır, deməli, problem burada ola bilərdi, əgər bu sistemin alternativi olmayıbsa, təbii ki, bərpa prosesi də uzun çəkə bilərdi. Həm də düşünürük ki, əgər bu versiya doğrudursa, onda bu artıq təhqiqat qrupuna da, RYTN -ə də və digər əlaqəli qurumlara da məlumdur. Amma nə üçün açıqlamırlar, anlaşılan deyil. Eyni zamanda düşünürəm ki, həqiqətən də əgər belədirsə, yəni bu, MTN-in məlum sistemi ilə bağlıdırsa onda digər operatorlarda, mobil operatorlarda, provayderlərdə olan MTN-ə məxsus bu tip sistemləri də monitorinq etmək doğru olardı".

Ekspertin bildirdiyinə görə, telekommunikasiya sektorundakı bu dinləmə və izləmə sisteminin söykəndiyi təhlükəsizliklə və əməliyyat-axtarışla bağlı qanunvericiliyi tamamilə yenidən işləmək doğru olardı.

O hesab edir ki, hazırda təhqiqat qrupunun bu yanğınla bağlı açıqlamasının gecikdirilməsi də şübhələr üçün əsaslar yaradır: “Düşünürəm ki, kifayət qədər ictimai əhəmiyyət kəsb edən, ölkənin informasiya təhlükəsziliyi üçün ciddi təhlükə yaratmış bu məsələ ilə bağlı təhqiqat qrupunun, ”Delta Telecom" şirkətinin, XDMX-nin və RYTN-in də baş verənlərin səbəbləri haqqında ictimaiyyətə təfsilatı ilə məlumat verməsi vacibdir".(musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İnternetin çökməsində təxribat versiyası da araşdırma predmetidir

    İnternetin çökməsində təxribat versiyası da ...

    17-11-2015, 13:32

  • 
  • Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib

    Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib ...

    23-07-2017, 15:59

  • 
  • “DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - Şok məlumatlar

    “DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ ...

    24-12-2015, 17:06

  • 
  • “Megafun”da yanğın oldu- Fotolar+Yenilənib

    “Megafun”da yanğın oldu- Fotolar+Yenilənib ...

    27-03-2014, 09:43

  • 
  • Bakıda ofisdə yanğın olub

    Bakıda ofisdə yanğın olub ...

    6-02-2016, 18:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu