Al-Qaeda silahlı qruplaşmasının Yəmən qanadı Səudiyyə Ərəbistanı hökumətini bir qrup məhbusu edam etmək planına görə hədələyib.
Dekabrın 1-də tvitterdə yerləşdirilən bəyanatda Ərəb Yarımadasındakı Al-Qaeda and içib ki, üzlərinin edam olunacağı halda Səudiyyə Ərəbistanına hücumlar təşkil edəcək.
Yerli media ötən həftə yazıb ki, Səudiyyə “terror cinayətlərinə” görə məhkum edilmiş 50-dən çox məhbusu edam etməyi planlaşdırır.
Son bir ildə Səudiyyədə yaraqlıların hücumları çoxalıb.
Bu il Səudiyyə Ərəbistanı azı 151 nəfəri edam edib. Amnesty International onların çoxunun narkotik maddələrlə əlaqəli mühakimə olunmuş xaricilər olduğunu bildirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?