Yəməndəki husi şiə yaraqlıları ilə savaşan Səudiyyə hərbi koalisiyası martın 28-də bildirib ki, 109 yəmənli ilə 9 səudiyyəli məhbusu dəyişiblər.
Koalisiya bəyanatında məhbus mübadiləsinin martın 27-də baş tutduğunu bildirib.
Bəyanatda deyilir ki, yəmənlilər Səudiyyə Ərəbistanı ilə sərhəddə əməliyyatlar aparılan ərazilərdə saxlanıblar. Yəmən mediası 9 səudiyyəlinin əsgərlərdən ibarət olduğunu bildirir.
Tərəflər vaxtaşırı belə məhbus mübadiləsi aparırlar.
Yəmən münaqişəsində 6 mindən çox insan həlak olub. Səudiyyə koalisiyası hökuməti dəstəkləyir, şiə husilər isə keçmiş prezidentə bağlıdır.
Tərəflər aprelin 10-da atəşkəs elan olunması barədə razılığa gəliblər. Sülh danışıqları isə aprelin 18-də Küveytdə başlanacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?