GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dünyaca məşhur politoloq: “Türkiyə Putinin “köpünü” aldı”

Dünyaca məşhur politoloq: “Türkiyə Putinin “köpünü” aldı”

Tarix: 1-12-2015, 14:45 Bölmə :Ölkə Baxış: 0
Dünyaca məşhur politoloq: “Türkiyə Putinin “köpünü” aldı”

«Rusiya təyyarəsini türklər yox, amerikalılar vursaydı, Putin üçün bu «acı həb»i udmaq çox çətin olardı»

Zbiqnev Bjezinski: «Putin başa düşdü ki, böyük müharibəyə girməyəcəyi halda, gərginliyin artırılması ona xeyir gətirməyəcək»

Ötən əsrin 70-ci illərində ABŞ prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş və bütün dünyada siyasi ekspert kimi böyük nüfuz qazanmış Zbiqnev Bjezinski Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra yaranmış vəziyyətlə bağlı sualları cavablandırıb. Bjezinskinin “Politico”ya müsahibəsini ixtisarla təqdim edirik:

– Tarixdə ilk dəfə olaraq, NATO üzvü olan ölkə Rusiya təyyarəsini vurdu. Bunun Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi fonunda baş verdiyini nəzərə alsaq, bu məsələ nə dərəcədə narahıtlıq doğurur?

– Bu, ciddi gərginlikdir, amma ölümcül deyil. Müəyyən mənada, sağlam düşüncə qalib gəlsə, fikir ayrılığı, hətta faydalı da ola bilər. Özü də təkcə bu xoşagəlməz regional problemin həlli yox, həm də üç böyük dövlətin hökmranlığına əsaslanan qlobal sistemin yaratdığı daha ağır nəticələrin qarşısını almaq baxımından.

– Niyə hesab edirsiniz ki, bu mümkündür?

– Hesab edirəm ki, Qərb Yaxın Şərqdən son xəbərə kifayət qədər sakit reaksiya verdi. Eyni zamanda, Rusiya qırıcısının vurulmasından sonra səslənən hədələrə əhəmiyyət vermədi. Bundan başqa, ruslar özləri də necə deyərlər, dərindən düşünəndən sonra anladılar ki, gərginliyin kəskinləşməsi dalana dirənməkdir. Bunun yeganə nəticəsi ciddi qarşıdurma ola bilər ki, bu da Rusiyanı tamamilə təcrid olunmuş vəziyyətə salar. Tamamilə mümkündür ki, biz hazırda böyük güclər arasındakı münasibətlərdə anlaşmanın astanasındayıq. Bu təkcə Rusiya-Türkiyə insidenti ilə bağlı yox, həm də regionda zorakılığın qarşısının alınması üçün əməkdaşlıq baxımından əhəmiyyətlidir.

– Rusların Bəşər Əsədi dəstəklədiyi, amerikalıların isə onu devirməyə çağırdığı bir vaxtda Suriya ilə bağlı tərəfləri razı sala biləcək həll variantı mümkündümü?

– Suriyada Bəşər Əsədi qeyri-müəyyən uzun müddətə hakimiyyətdə saxlamağın Rusiyaya xüsusi faydası yoxdur. Eyni zamanda, onun dərhal hakimiyyətdən getməsi ABŞ-a da əhəmiyyətli üstünlük verməyəcək. Lakin hər iki böyük gücün ümumi marağı ABŞ-la Rusiya arasında ciddi qarşıdurmadan qaçmağı tələb edir.

– Siz oktyabr ayında “strateji cəsarət” nümayiş etdirməyə çağırırdınız, indi isə xeyli nikbinsiz…

– O vaxt yayılan məlumatlar göstərirdi ki, ruslar ABŞ-ın dəstəklədiyi yerli qruplaşmaları bombardmana məruz qoyurlar. Biz onlara bunun xoşagəlməz nəticələri barədə xəbərdarlıq eləməli idik və mənə elə gəlir ki, bunu etdik. Hesab edirəm ki, bu dəfə reaksiya təmkinli oldu. Putinin “köpü” alındı və o, problemin həlli yollarından danışmağa başladı. Türklər lazımınca israrlılıq və sərtlik göstərdilər, eyni zamanda, insidentin şişməməsinə çalışdılar. Beləliklə, baş vermiş hadisə fonunda tərəflər özlərini hələlik ağıllı aparır. Düşünürəm ki, Türkiyə üzərində təyyarəni türklər vurdu, biz yox, çünki bu halda, Putin üçün bu “acı həbi udmaq” çox çətin olardı.

– Rusiya üzrə bir sıra ekspertlər ehtimal edir ki, Putinin məqsədi Rusiyaya böyük güc statusunu qaytarmaqdır və bu məqsədə nail olmaq yolunda onu heç nə dayandıra bilməz…

– Ola bilsin, onun bu məsələlərə münasibəti rasional deyil. O, açıq-aşkar son xəbərlərdən qəzəblənmişdi. Amma məncə, o, qısa zamanda başa düşdü ki, böyük müharibəyə girməyəcəyi halda, gərginliyin artırılması ona xeyir gətirməyəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bjezinski Ukraynanın gələcəyi haqqında proqnoz verib

    Bjezinski Ukraynanın gələcəyi haqqında proqnoz ...

    11-12-2013, 15:47

  • 
  • "Rusiya təyyarəsini britaniyalı "cihadçılar" partladıb"

    "Rusiya təyyarəsini britaniyalı ...

    8-11-2015, 20:30

  • 
  • Türkiyənin sərnişin təyyarəsini vurmaq əmri verdim - Putin

    Türkiyənin sərnişin təyyarəsini vurmaq əmri ...

    12-03-2018, 11:15

  • 
  • Türkiyədə ABŞ təyyarəsini vurmaq istəyən Rusiya vətəndaşı tutulub - FOTO

    Türkiyədə ABŞ təyyarəsini vurmaq istəyən Rusiya ...

    10-08-2017, 17:14

  • 
  • Türklər rusları qovdular

    Türklər rusları qovdular ...

    12-11-2013, 15:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu