Musavat.com-un məlumatına görə, bu barədə "The Telegraph" ingilis nəşri yazıb.
Nəşr iddia edib ki, bombanı Suriyada xüsusi hazırlıq keçmiş və "elektronika üzrə püxtələşmiş" britaniyalı "cihadçı" düzəldib. Məlumata görə, GCHQ ekspertləri (Britaniyanın Elektron Casusluğu Mərkəzi -red.) partlayışdan dərhal sonra London və Birminqen ləhcələri ilə danışan "cihadçılar" arasında "təntənəli danışıq" qeydə alıblar. Britaniya xüsusi xidmətinin keçmiş zabiti Kris Xobbs xəbərdarlıq edib ki, terakt ona gətirə bilər ki, terrorçuların növbəti hədəfi Britaniya təyyarələri ola bilər.
"Bu individlərin təyyarələri partlatmaq bacarıqlarını burada da tətbiq eləməkdən dolayı narahatlıq artmaqdadır. Britaniyada çox yaxşı təhlükəsizlik var, ancaq heç vaxt 100 faizlik müdafiə olmur", - ekspert əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?