"Azərbaycan xalqı məni sevir, onları qoyub gedə bilmərəm"
Xalq artisti Nazpəri Dostəliyeva bir neçə il idi ki, kanallar tərəfindən efirə buraxılmırdı.
Nazpəri xanım bir müddət öncə məsələ ilə bağlı mətbuat konfransı keçirərək kanallara öz iradını bildirmişdi. Bəs bu tədbirdən sonra nə dəyişdi?
Musavat.com saytnının müxbiri bu suala cavab tapmaq üçün xalq artisti ilə əlaqə saxlayıb. Nazpəri xanım saytımıza açıqlamasında bildirdi ki, mətbuat konfransından sonra müsbətə doğru dəyişiklər olub: "Təbii ki, bəzi kanalların mənə olan münasibəti dəyişib. Artıq məni verilişlərə dəvət edirlər, mən isə təkliflərini qəbul etmirəm. Çünki klip çəkilişinə başım qarışıb, studiyada yeni mahnılar yazdırıram, layihə üzərində işləyirəm, sənətimlə məşğulam. İşlərim hazır olandan sonra verilişlərə çıxacağam və layihələrimi təqdim edəcəyəm". "Allah məni müdafiə elədi"
- Bu qadağalar sizə necə təsir edir?
- Mən robot deyiləm, həssas insanam. Bilirsiniz ki, sənət adamları həssas olur. Haqsız qadağalar, məhkəmələr məni incidir. 3 il ərzində mənə övladlarım, yaxınlarım dəstək oldu. Əkbər oğlumun Kərim balası dünyaya gəldi, ona baxanda bütün dünyanı unuduram. Allah məni müdafiə elədi. Mən yıxılan adam deyiləm, Allah məni qoruyur. Allah qoruyanı bəndə yıxa bilməz. Bəzən ruh düşkünlüyü yaşadım. Lakin vaxtımı sənətimə, övladlarıma həsr etdim.
- Qadağalarla bağlı niyə heç kimə müraciət etməmisiniz? Sizi susmağa nə vadar edib?
- Qadağalara görə heç kimə müraciət etməmişəm. Müraciət etmək günahkar olduğumu qəbul etməkdir. Mənim nə ifamda, nə hərəkətimdə, nə də danışığımda mənfi hallar olub, xalqıma qarşı “suçlu” deyiləm. Heç bir quruma, idarəyə, televiziya rəhbərinə müraciət etməmişəm, çünki günahım yoxdur, haqlıyam. Hamı soruşur ki, Nazpəri xanım, niyə susmusunuz? Haqsızlıqların qarşısında nə danışım? Mən onların yalanlarını, ikiüzlülüklərini vicdanlarına buraxdım. Bizim ağzımızdan çıxan hər söz Allahın çiynimizdə yaşatdığı mələklər tərəfindən qeydə alınır. Mənə haqsızlıq edənlər o biri dünyada cavab verəcəklər.
- Nazpəri xanım, 2013-cü ilin aprelində Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdiniz. Qadağalara səbəb bu hadisə ola bilərmi?
- Bu məsələdə kiminsə adını çəkmək mənə yaraşmaz. Mənim hər hansı qüsurum olmayıb. Bir çox müğənnilər kimi azərbaycanlı balasının toyunda iştirak etmişdim və qonorar almışdım. Bu azərbaycanlı balasının toyu idi. Bu işi siyasiləşdirmək lazım deyildi. Mən müğənniyəm, toyda oxumaq borcumdur. Bu məsələ xalq artistinə qadağa qoymağa əsas deyil. "Məni “Azərbaycanın Ajda Pekkanı”, “Azərbaycanın Sibel Canı” adlandırırdılar"
Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"
BÖLÜM: Müsahibə YAYIM TARİXİ: 1 Dekabr 2015 13:33 Кремль сделал ДИКОЕ заявление! Мир шокирован словами... Начало сбываться ЖУТКОЕ пророчество Мессинга! К концу 2015 Россия ОТДАСТ... Это стало ШОКОМ даже для родных Фриске! ЛЮБОВНИКОМ дочери был сам... Nazpəri Dostəliyeva:
"Azərbaycan xalqı məni sevir, onları qoyub gedə bilmərəm"
Xalq artisti Nazpəri Dostəliyeva bir neçə il idi ki, kanallar tərəfindən efirə buraxılmırdı.
Nazpəri xanım bir müddət öncə məsələ ilə bağlı mətbuat konfransı keçirərək kanallara öz iradını bildirmişdi. Bəs bu tədbirdən sonra nə dəyişdi?
Musavat.com saytnının müxbiri bu suala cavab tapmaq üçün xalq artisti ilə əlaqə saxlayıb. Nazpəri xanım saytımıza açıqlamasında bildirdi ki, mətbuat konfransından sonra müsbətə doğru dəyişiklər olub: "Təbii ki, bəzi kanalların mənə olan münasibəti dəyişib. Artıq məni verilişlərə dəvət edirlər, mən isə təkliflərini qəbul etmirəm. Çünki klip çəkilişinə başım qarışıb, studiyada yeni mahnılar yazdırıram, layihə üzərində işləyirəm, sənətimlə məşğulam. İşlərim hazır olandan sonra verilişlərə çıxacağam və layihələrimi təqdim edəcəyəm". "Allah məni müdafiə elədi"
- Bu qadağalar sizə necə təsir edir?
- Mən robot deyiləm, həssas insanam. Bilirsiniz ki, sənət adamları həssas olur. Haqsız qadağalar, məhkəmələr məni incidir. 3 il ərzində mənə övladlarım, yaxınlarım dəstək oldu. Əkbər oğlumun Kərim balası dünyaya gəldi, ona baxanda bütün dünyanı unuduram. Allah məni müdafiə elədi. Mən yıxılan adam deyiləm, Allah məni qoruyur. Allah qoruyanı bəndə yıxa bilməz. Bəzən ruh düşkünlüyü yaşadım. Lakin vaxtımı sənətimə, övladlarıma həsr etdim.
- Qadağalarla bağlı niyə heç kimə müraciət etməmisiniz? Sizi susmağa nə vadar edib?
- Qadağalara görə heç kimə müraciət etməmişəm. Müraciət etmək günahkar olduğumu qəbul etməkdir. Mənim nə ifamda, nə hərəkətimdə, nə də danışığımda mənfi hallar olub, xalqıma qarşı “suçlu” deyiləm. Heç bir quruma, idarəyə, televiziya rəhbərinə müraciət etməmişəm, çünki günahım yoxdur, haqlıyam. Hamı soruşur ki, Nazpəri xanım, niyə susmusunuz? Haqsızlıqların qarşısında nə danışım? Mən onların yalanlarını, ikiüzlülüklərini vicdanlarına buraxdım. Bizim ağzımızdan çıxan hər söz Allahın çiynimizdə yaşatdığı mələklər tərəfindən qeydə alınır. Mənə haqsızlıq edənlər o biri dünyada cavab verəcəklər.
- Nazpəri xanım, 2013-cü ilin aprelində Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdiniz. Qadağalara səbəb bu hadisə ola bilərmi?
- Bu məsələdə kiminsə adını çəkmək mənə yaraşmaz. Mənim hər hansı qüsurum olmayıb. Bir çox müğənnilər kimi azərbaycanlı balasının toyunda iştirak etmişdim və qonorar almışdım. Bu azərbaycanlı balasının toyu idi. Bu işi siyasiləşdirmək lazım deyildi. Mən müğənniyəm, toyda oxumaq borcumdur. Bu məsələ xalq artistinə qadağa qoymağa əsas deyil. "Məni “Azərbaycanın Ajda Pekkanı”, “Azərbaycanın Sibel Canı” adlandırırdılar"
- Televiziyadan uzaq olduğunuz üç ili necə keçirdiniz?
- Çox gözəl. Daha pozitiv ovqatda olmuşam, övladlarıma daha çox vaxt ayırmışam. Allah mənə yeni nəvə verib, Əkbər balamdan 3 il idi ki, övlad gözləyirdim. Tanrı bizə Kərimi verdi. Şükürlər olsun ki, çox xoşbəxtəm.
- Bir az da yaradıcılıq işlərinizdən danışaq. Türkiyədə yeni layihə hazırlayacaqsınız. Məqsədiniz Türkiyə şou-biznesinə qatılmaqdır?
- Bəli, böyük bir layihə hazırlayıram. Türkiyədən təklif gəldi, biz də qəbul etdik. Məqsədim Türkiyə şou-biznesinə qatılmaq deyil. Bunu etmək istəsəydim, 2001-ci ildə edərdim. 2003-cü ildə İbrahim Tatlısəsin dəvəti ilə studiyasında oldum. 2006-cı ildə qardaş ölkədə konsert verdim. Mənə Türkiyədən müxtəlif təkliflər gəlib, onlar söyləyirdilər ki, mənim ifa tərzim onlara çox yaxındır. Mənim səsimi Kibariyənin, İbrahim Tatlısəsin səsi ilə müqayisə edirdilər. Məni “Azərbaycanın Ajda Pekkanı”, “Azərbaycanın Sibel Canı” adlandırırdılar. Xahiş edirdim ki, mənə müxtəlif adlar qoymasınlar. Mən valideynlərimin qoyduğu adla fəxr edirəm. Bildirirdilər ki, "Qəribə qadınsınız, heç nəyi qəbul etmirsiniz". Onlara cavab verdim ki, mən mənə yaraşanı, ölkəmə xələl gətirməyəni qəbul edirəm.
- Azərbaycanda haqsızlıqlarla qarşılaşanda Türkiyədə fəaliyyət göstərmədiyinizə görə peşman olmusunuz?
- Qətiyyən peşman deyiləm. Peşman olsaydım, çoxdan qaçıb gedərdim. O vaxt Özcan Dəniz məni ofisinə aparıb “Haziran gecəsi” serialının rejissoru ilə görüşdürdü, serialda çəkilməyi təklif etdi. Amma razılaşmadım. Özcanla hazırda da dostam, Bakıya gələndə mənimlə əlaqə saxlayır. Türkiyə türkləri həqiqəti deyəni sevirlər, bizdə isə başından vururlar. Çox şeylər var ki, açıb deyə bilmirəm. Azərbaycan xalqı məni sevir, onları qoyub gedə bilmərəm. Başqa ölkədə yad kimi yaşamaq istəmirəm.
- Gənc, sənətə yeni gələn müğənniləri izləyirsinizmi?
- İstedadı, mədəniyyəti olanları izləyirəm. Sənəti olmayan ifaçılara baxmıram, əsəblərim pozulur. İstedadlı sənətçilərimiz isə çoxdur.
- Azərbaycanda da artıq dünyaca məşhur səs yarışması başlayıb. “Səs Azərbaycan”ı izləmisinizmi? İfaçıların xarici mahnılar oxuması sosial şəbəkələrdə tənqid olunur. Xalq artisti olaraq münasibətiniz maraqlıdır.
- Əksəriyyəti xarici mahnılar ifa edir, amma onları tənqid edə bilmərəm. İncəsənət Universitetində pedaqoqam. Biz tələbələrimizə beş Azərbaycan mahnısını öyrədəndə, iki xarici bəstə aşılayırıq. Xarici mahnıların əleyhinə deyiləm, gənclərimizin musiqi dünyası genişlənir, səhnə mədəniyyəti inkişaf edir. “Səs Azərbaycan”da əvvəldən axıra kimi xarici musiqi ifa edilməsi ifaçıların gələcəyi üçün zərərdir. Yalnız bunu deyə bilərəm.
- Son zamanlar sənətkarlar gənc ifaçılara mahnılarını oxumağı qadağan edirlər. Bildirirlər ki, mahnılarını gənclər gözdən salır.
- Sənəti olan sənətkar heç vaxt yaxşı ifaçıya deyə bilməz ki, ifa etdiyi mahnını oxumasın. Sənəti olmayan qorxur ki, gənc ifaçı mahnısını ondan yaxşı səsləndirər. Zeynəb Xanlarovanın mahnılarını gənc müğənnilərin əksəriyyəti ifa edir. O çıxıb demir ki, mahnımı oxumasınlar. Çünki ifasına, sənətinə, qoyduğu möhürünə arxayındır. Zeynəb xanım nüfuzunu aşağı salıb gənc müğənniyə heç nə deməz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?