Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək
Nəsimi rayon məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə proses keçirilib.Məhkəmənin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək.
Bundan başqa məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb.
Qeyd edək ki, İlhamə Quliyevanın şikayət ərizəsi aprelin 23-də Nəsimi rayon məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?