Rusiya və Türkiyə arasında İŞİD-dən neft alınması ilə bağlı qarşılıqlı ittihamlardan sonra Amerikanın Maliyyə Nazirliyi İŞİD-in neft satışı ilə bağlı maraqlı faktları açıqlayıb.
Nazirlik neft sahələrinin İŞİD-in nəzarətinə keçdikdən sonra İŞİD-dən neft alan ölkə və şəxslərlə bağlı maraqlı məqamları ortaya çıxarıb.
Nazirliyin açıqlamasına görə, İŞİD-dən neft alanlar arasında Suriyada dünyaya gələn və Rusiya vətəndaşlığı olan Georgi Hasvani də var. Hesvanı “HESCO” mühəndislik və inşaat adlı şirkət vasitəsilə Əsəd rejimi ilə İŞİd arasında neft alverinə vasitəçilik edir.
ABŞ-ın “qara siyahısı”na salınan bu şəxslə yanaşı siyahıda daha bir nəfərina də var - Kirsan İlumcanov. Dünya Şahmat Federasiyasını başqanı Kirsan İlumcanov da Suriya Mərkəzi Bankına sanksiyaları “dəf etməkdə” yardımda ittiham edilir.
Məlumatlara görə, Hasvanı xristian ailədə dünyaya gəlib. Bəşər Əsədin qohumlarından biri ilə evlənib. Rusiyada təhsil alıb, daha sonra isə aralarında Rusiya təhlükəsizlik xidməti əməkdaşlarının da olduğu çoxsaylı dostlar tapıb. “Hesco” mühəndislik və inşaat şirkətini yaradıb. Qısa zaman ərzində şirkəti böyüdüb, rus ordusu və neft şirkətləri üçün lazım olan ehtiyat hissələrinin təminatını həyata keçirməyə başlayıb. Şirkətin Rusiyadakı mərkəzinə kürəkəni Yusif Arbaş rəhbərlik edib. Arbaş Hafiz Əsəd dönəmində Suriyanın xüsusi xidmət orqanları ilə yaxın əlaqələr qurub. Hərbi xüsusi xidmətə rəhbərlik edən Əli Diba ilə Arbaş arasında Moskvada çox yaxın əlaqə qurulub. Və onun oğlu da şirkət sistemində vəzifəyə qəbul edilib. Georgi Hasvanı Suriyada neft sektorunda əlaqələrini genişləndirib. Hasvani İŞİD-ə əməkdaşlarla təmin etməkdə xüsusi canfəşanlıq göstərib.
Qeyd edək ki, Türkiyə prezidenti Ərdoğan da İŞİD-dən neft alan şəxsin Rusiya və Suriya vətəndaşı olduğunu açıqlamışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?