Noyabrın 26-da Nardaranda polisə silahlı müqavimət göstərdiyi üçün Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupu tərəfindən zərərsizləşdirilən islamçı ekstremistlər İranda “ehtiramla” anılıb.
İranlı din xadiminin əlini öpməsi ilə “məşhurlaşmış” islamçı ekstremist qruplaşmanın lideri Hacı Tale Bağırzadənin polislə toqquşmada öldürülən tərəfdarlarının xatirəsinə İranda xüsusi stend yaradılıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, belə stendlərin biri də Cənubi Azərbaycanın Ərdəbil şəhərində quraşdırılıb. Həmin stenddə Nardaran hadisələri barədə məlumat verilib və Azərbaycan dövlətçiliyinə qarşı çıxan həmin şəxslər “şəhid” adlandırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?