Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Yasab kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?