“Gündəm Xəbər” qəzetinin redaksiyasına Xəzər rayonu Bakı sanatoriyasında müvəqqəti qeydiyyatda olan 17 yaşlı Əliyeva Lalə Taleh qızının yazılı ərizəsi daxil olub. O, yazdığı ərizəsində bildirir ki, “anam Əliyeva Tahirə Xasay qızı rəfiqəsi və iş yoldaşı olan Rüstəmova Zülfiyyə Məhyəddin qızına, 2013-cü ildə borca pul vermişdi. O, anamda pul olmasından xəbərdar olduğu üçün, lombard açacağam adı ilə və 20 gün müddətinə qaytarmaq şərtilə 115 min manat pul istəyir. Həmin pulun 85 min manatını Rüstəmova Zülfiyyənin özü Azərbaycanda olduğu müddətdə ona əlbəəl verir, qalan hissəsini isə o, anama zəng edərək həyat yoldaşı Hüseynov Vasif Yolçu oğluna verməsini xahiş edir. 20 gündən sonra anam verdiyi pulu Vasif Hüseynovdan istəsə də, o, ilk öncə pulu qaytaracağını bildirir və bunun üçün müəyyən qədər vaxt da istəyir. Vaxt tamam olur, amma o pulu qaytarmır və minbir bəhanə də danışmağa başlayır. Belə olan təqdirdə anam onların əməlləri ilə bağlı şikayət də verir. Edilmiş şikayətdən sonra Vasif Hüseynov Gürcüstana qaçmaq istəsə də, o, gömrük məntəqəsində saxlanır və polisə də təhvil verilir. Polis idarəsində o, pulu verəcəyi ilə bağlı əlavə on gün möhlət vaxtı istəyir və buraxılmasını da xahiş edir. Həmin vaxt onun buraxılmasına bacısı oğlu Tural adlı şəxs zamin olur. Onu da bildirim ki, anamın polis orqanlarına ünvanladığı şikayət ərizəsi, aparılan araşdırmalar zamanı lazımınca araşdırılmadı və Vasif Hüseynov da azadlıqda gəzməyə başladı. Belə olan təqdirdə problemin varlığı ilə bağlı Baş Prokuror cənab Zakir Qaralovun və Daxili İşlər Naziri cənab Ramil Usubovun qəbullarında oldum və baş verənlər haqda onlara ətraflı açıqlamalar da danışdım. Sağ olsun hər iki vəzifə sahibini, məhz onların verdikləri tapşırıqlar əsasında Vasif Hüseynov saxlanılaraq həbs də olundu. Amma, anamın şikayəti əsasında işi araşdıran müstəntiqlər qanunun aliliyini deyil, hansısa maraqlarını üstün tutaraq, anamın həbsinə şərait də yaratdılar. Heç bir günahı olmadan iki ay bundan əvvəl azadlıqdan məhrum edilən anamın azadlığı qovuşması və edilmiş şikayətlə bağlı qanuni araşdırmaların aparılması üçün, mən ölkə rəhbəri cənab İlham Əliyevdən köməklik istəyirəm. İnanıram ki, ölkə rəhbərinin verdiyi tapşırıq, qısa zaman kəsiyində haqqın-ədalətin bərpası ilə də nəticələnəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?