Son məlumata görə, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündən təxliyyə edilənlərin sayı 25-ə çatıb.
SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, dənizdəki dalğa yanğının söndürülməsi və xilasetmə işlərini çətinləşdirir.
14:08
Artıq 19 nəfər təxliyyə olunub.
Yanğının söndürülməsi və işçilərin təxliyyə olunması prosesi davam etdirilir.
13:21
Dekabrın 4-də güclü tufanın saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması nəticəsində baş vermiş yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildiriblər ki, şirkətin prezidenti Rövnəq Abdullayev səhər saatlarından hadisə yerində olub.
Baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində xüsusi qərargah yaradılıb.
Hazırda yanğının söndürülməsi, işçilərin hadisə yerindən təxliyə olunması istiqamətində işlər aparılır. Yanğın baş verən zaman özüldə olan işçilər arasında xəsarət alan yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?